Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1823/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi»-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 19:30 radələrində Bakı şəhəri, Azadlıq prospekti ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mitsubishi Airtrek” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mopedlə toqquşması nəticəsində mopedin sürücüsü X4 yüngül dərəcəli xəsarət almışdır. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş AP № ******* saylı İnzibati xəta haqqında protokola əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci madəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA132375 saylı sığorta aktı tərtib edilməklə X4 yüngül dərəcəli xəsarət aldığı üçün, dəymiş zərərə görə 750,00 ( yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə işdə olan sənədləri nəzərədən keçirərək, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - Sığorta aktından görünür ki, “Mitsubishi Airtrek” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, Cavabdeh ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. - xx.xx.2022-ci il tarixli, AP № ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Mitsubishi Airtrek” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq prospektində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza Potoloji Anatomiya birliyi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 2413 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Ş.Ş.Cəlilovun bədən səthində aşkar olmuş xəsarətlər-sol diz oynağı nahiyyəsinin oynaqda hərəkət məhdudluğu ilə müşahiət olunan şişkinliyi və əzilmiş yarası, sol əlin arxa səthinin, sol bud nahiyyəsinin, sol diz oynaq nahiyyəsinin, sol baldır nahiyyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən bir gün qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmağa aiddir. Ş.Ş.Cəlilovun bədən səthində aşkar olmuş xəsarətlər xx.xx.2022-ci il tarixdə olan minik avtomaşınının idarə etdiyi mopedlə toqquşması nəticəsində əmələ gələ bilər. - xx.xx.2025-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsində zərəçəkmiş şəxs X2 hesabına 750 manat köçürülmüşdür. - 16 fevral 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh subroqasiya qaydasında pul vəsaitini ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. - ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Mitsubishi Airtrek” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi Mitsubishi Airtrek” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “mopedlə” toqquşmuş və nəticədə mopedin sürücüsü X4 yüngül dərəcəli xəsarət almışdır. Həmin hadisə ilə bağlı Binəqədi RPİ DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Hadisə nəticəsində mopedin sürücüsü X3 dəymiş zərərə görə 750 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsə ödənilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş zərərə görə 750 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 750 (yeddi yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elekron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə) Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-1823/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1823/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver