Məhkəmə qərarları › İş №e-2(073)-1839/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1839/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1839/2024 12.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx"MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 137 manat əsas borc, 49.60 cərimə borcu, cəmi 186.60 bir yüz səksən altı manat altmış qəpik) manat borcun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 276 manat əsas borc, 98.20 cərimə borcu, cəmi 374.20 (üç yü iyirmi dörd manat iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumununu tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx"MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli tarixli, 136601 saylı müqaviləyə əsasən cavabdehə dəyəri 551 manat olan bir ədəd mobil telefonu, xx.xx.2023-cü il tarixli tarixli, 140268 saylı müqaviləyə əsasən cavabdehə dəyəri 369 manat olan bir ədəd mobil telefonu satmışdır. Cavabdeh hər iki müqavilə üzrə borcunu 12 ay müddətində iddiaçı Cəmiyyətə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrinin çərtlərini pozaraq ödənişləri müqavilələrdə nəzərdə tutulmuş qaydada həyata keçirməmiş və nəticədə iddiaçı cəmiyyətə hazırki borcu yaranmışdır. Dəfərlərlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli tarixli, 136601 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx"MMC-dən dəyəri 551 manat olan bir ədəd mobil telefonu 12 ay müddətində ödəmək şərtilə nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tarixli, 140268 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx"MMC-dən dəyəri 369 manat olan bir ədəd mobil telefonu 12 ay müddətində ödəmək şərtilə nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 137 manat əsas borc, 49.60 cərimə borcu, cəmi 186.60 bir yüz səksən altı manat altmış qəpik) manat borcun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 276 manat əsas borc, 98.20 cərimə borcu, cəmi 374.20 (üç yü iyirmi dörd manat iyirmi qəpik) manat borcu yaranmışdır. İşdə olan pretenziya bildirişindən görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 137 manat əsas borc, 49.60 cərimə borcu, cəmi 186.60 bir yüz səksən altı manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 276 manat əsas borc, 98.20 cərimə borcu, cəmi 374.20 (üç yü iyirmi dörd manat iyirmi qəpik) manat borcun, iki müqavilə üzrə cəmi 560.80 (beş yüz altmış manat səksən) manat ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehdan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 137 manat əsas borc, 49.60 cərimə borcu, cəmi 186.60 bir yüz səksən altı manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 276 manat əsas borc, 98.20 cərimə borcu, cəmi 374.20 (üç yü iyirmi dörd manat iyirmi qəpik) manat borcun, iki müqavilə üzrə cəmi 560.80 (beş yüz altmış manat səksən) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx"MMC -in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar