Məhkəmə qərarları › İş №e-2(073)-1931/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1931/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1931/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 104.90 (bir yüz dörd manat doxsan qəpik) manat əsas borc, 15.70 (on beş manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 120.60 (bir yüz manat altmış qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 196.40 (bir yüz doxsan altı manat qırx qəpik) manat əsas borc, 29.40 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 225.80 (iki yüz iyirmi beş manat səksən qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 207.90 (iki yüz yeddi manat doxsan qəpik) manat əsas borc, 31.10 (otuz bir manat on qəpik) manat cərimə olmaqla, cəmi 239 (iki yüz otuz doqquz manat altmış qəpik) manat borcun, ümumilikdən üç müqavilə üzrə 509.20 (beş yüz doqquz manat iyrmi qəpik) manat əsas borcun, 76.20 (yetmiş altı manat iyirmi qəpik) cərimə borcu olmaqla cəmi 585.40 (beş yüz səksən beş manat qırx qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cəmi 179.90 manat dəyərində olan “Blenderi” 24 ay müddətində ödəmək şərtilə almışdır. Bundan başqa Cavabdeh ilə "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən cəmi 309.90 manat dəyərində olan “Samsung” markalı tozsovuran və qulaqcıqı 24 ay müddətində ödəmək şərtilə almışdır. Bundan başqa Cavabdeh ilə "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən cəmi 435.90 manat dəyərində olan “Samsung” markalı mobil telefon və aksesuarları 12 ay müddətində ödəmək şərtilə almışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan oğlundan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 179.90 manat dəyərində olan “Blenderi” 24 müddətində ödəmək şərtilə almışdır. İşdə olan oğlundan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 309.90 manat dəyərində olan “Samsung” markalı tozsovuran və qulaqcıqı 24 ay müddətində ödəmək şərtilə almışdır. İşdə olan oğlundan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 435.90 manat dəyərində olan “Samsung” markalı mobil telefon və aksesuarları 12 ay ay müddətində ödəmək şərtilə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 104.90 (bir yüz dörd manat doxsan qəpik) manat əsas borc, 15.70 (on beş manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 120.60 (bir yüz manat altmış qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 196.40 (bir yüz doxsan altı manat qırx qəpik) manat əsas borc, 29.40 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 225.80 (iki yüz iyirmi beş manat səksən qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 207.90 (iki yüz yeddi manat doxsan qəpik) manat əsas borc, 31.10 (otuz bir manat on qəpik) manat cərimə olmaqla, cəmi 239 (iki yüz otuz doqquz manat altmış qəpik) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 104.90 (bir yüz dörd manat doxsan qəpik) manat əsas borc, 15.70 (on beş manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 120.60 (bir yüz manat altmış qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 196.40 (bir yüz doxsan altı manat qırx qəpik) manat əsas borc, 29.40 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 225.80 (iki yüz iyirmi beş manat səksən qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 207.90 (iki yüz yeddi manat doxsan qəpik) manat əsas borc, 31.10 (otuz bir manat on qəpik) manat cərimə olmaqla, cəmi 239 (iki yüz otuz doqquz manat altmış qəpik) manat borcun, ümumilikdən üç müqavilə üzrə 509.20 (beş yüz doqquz manat iyrmi qəpik) manat əsas borcun, 76.20 (yetmiş altı manat iyirmi qəpik) cərimə borcu olmaqla cəmi 585.40 (beş yüz səksən beş manat qırx qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar