Məhkəmə qərarları › İş №e-2(073)-2091/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2091/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2091/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1198 manat məbləğində sığorta ödənişinin, 31,98 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə 1198 manat məbləğində sığorta ödənişinin, 31,98 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** BG *** dövlət qeydiyyat nişanlı «VAZ 21074» markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində T840MC18 dövlət qeydiyyat nişanlı «LADA 210740» markalı atvomobilə zərər vurulmuşdur. Tərtib olunmuş qərara əsasən Cavabdeh1 avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. T840MC18 dövlət qeydiyyat nişanlı «LADA 210740» markalı atvomobilə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yolnəqliyyat hadisəsində zərər çəkmiş nəqliyyat vasitəsi T840MC18 dövlət qeydiyyat nişanlı «LADA 210740» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2396 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən Sığortaolunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyindən zərər məbləğinin 50 faizi, yəni 1198 manat məbləğində sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehələrə rəsmi məlumat göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Sonda İddiaçı, qeyd edilənlərin nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1198 manat məbləğində verilmiş sığorta ödənişinin, 31,98 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin "xxxx" ASC Sığorta Şirkətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı «VAZ 21074» markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir. İşdə olan ON-Vİİİ 012741 saylı Nəqliyyat vasitəsinə sərancam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ** BG *** dövlət qeydiyyat nişanlı «VAZ 21074» markalı avtomobili idarə etmək üçün Cavabdeh1 etibar etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı «VAZ 21074» markalı avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi 1198 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** BG *** dövlət qeydiyyat nişanlı «VAZ 21074» markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində T840MC18 dövlət qeydiyyat nişanlı «LADA 210740» markalı atvomobilə zərər vurulmuşdur. Tərtib olunmuş qərara əsasən Cavabdeh1 avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. T840MC18 dövlət qeydiyyat nişanlı «LADA 210740» markalı atvomobilə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yolnəqliyyat hadisəsində zərər çəkmiş nəqliyyat vasitəsi T840MC18 dövlət qeydiyyat nişanlı «LADA 210740» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2396 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən Sığortaolunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyindən zərər məbləğinin 50 faizi, yəni 1198 manat məbləğində sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehələrə rəsmi məlumat göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Hazırda iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1198 manat məbləğində pul ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31,98 manat dövlət rüsumu və 0,40 manat Bank xidmət haqqı da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1198 (bir min bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti, 31,98 (otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat Bank xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar