Məhkəmə qərarları › İş №e-2(073)-2115/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2115/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2115/2025 13.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında həll edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 455 (dörd yüz əlli beş) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 10:30 radələrində Cəlilabad rayonu ərazisində Cavabdeh tərəfindən idarə edilən və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21154” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5296008 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “VAZ 21154” markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 455 (dörd yüz əlli beş) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA120267 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 455 (dörd yüzəlli beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. İddiaçı cəmiyyət Cavabdeh yaranmış borc tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, yol-nəqliyat hadisəsi baş verən zaman maşın sığortalı olmuşdur. İddianı etiraf etmir, çünki iddia müddəti ötürülmüşdür. Habelə hadisə baş verən vaxt o, heç bir pozuntu törətməmişdir, özü polis şöbəsinə yaxınlaşmışdır. Protokol da səhv tərtib edilmişdir, əslində qəzada hər hansı günahı olmayıb. İddia əsassızdır. Qəza törətdiyi digər maşının sürücüsünün də etibarnaməsi olmamışdır və Lerikdən Cəlilabada gəlmişdir, halbuki polis bu halı nəzərə almamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, “Mercedes Benz C200” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü ilədək "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. İşdə olan PXA120267 saylı “Sığorta aktı”ndan görünür ki, xx.xx.2022-ci il tarixində Cəlilabad rayonu ərazisində PXA********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mercedes Benz C200” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21154” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “VAZ 21154” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 455 manat zərər dəymişdir. İşdə olan “Auto Box” tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “VAZ 21154” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 455 manat məbləğində ziyan dəymişdir. İşdə olan Cəlilabad RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli TP5296053 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh “VAZ 21154” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdərkən Azərbaycan Respublikası İXM-in Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrinə nəzərdə tutulan izibati xətanı törətməkdə təqsirli bilinmişdir. Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində Cəlilabad rayonu ərazisində Cavabdeh tərəfindən idarə edilən və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21154” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. İddiaçı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA120267 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 455 (dörd yüzəlli beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. İddiaçı cəmiyyət Cavabdeh yaranmış borc tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddianı etiraf etmir, habelə iddia müddətinin ötməsi barədə vəsatət təqdim edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İddia müddətinin ötməsi ilə bağlı cavabdehin vəsatətinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti daxilində verilmişdir. Belə ki, cavabdeh 3 illik iddia müddətinin tətbiq edilməli olmasını hesab etmişdir, lakin yol-nəqliyyat hadisəsinin xx.xx.2022-ci il tarixdə baş verməsi və sonradan sığorta ödənişinin edilməsi mübahisəsiz haldır, iddia ərizəsi isə xx.xx.2025-ci ildə məhkəmənin icraatına qəbul edilmişdir. Göründüyü kimi, iddia ərizəsi cavabdehin istinad etdiyi müqavilə üzrə yaranmış tələblər üzrə 3 illik iddia müddəti daxilində verilmişdir. Lakin məhkəmə bu hissədə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı və cavabdeh arasında hər hansı müqavilə münasibətləri mövcud olmadığına görə üç illik iddia müddəti deyil, ümumi iddia müddəti olan on illik iddia müddəti nəzərdən keçirilməlidir ki, iddiaçı bu müddət daxilində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabadeh Cavabdeh 455 (dörd yüz əlli beş) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx"ASC -nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar