Məhkəmə qərarları › İş №e-2(073)-2183/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2183/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2183/2025 11.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 350 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 350 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «Xalq Sığorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ilə X1 arasında xx.xx.2023-cü il tarixli PXA********** nömrəli siğorta müqaviləsi bağlanmışdır. «Xalq Sığorta” ASC tərəfindən **-CA- *** dövlət qeydiyyat nişanlı “SHACMAN yük” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Hökməli-Qobu yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “SHACMAN yük” markalı, **- CA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat **-FX-*** dövlət qeydiyyat nişanlı “Great Wall” markalı avtonəqliyyat ilə toqquşmuş və nəticədə "xxxx" ASC-də siğorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitələrinin tam siğortası növü üzrə siğortalanmış avtonəqliyyata zərər vurulmasına səbəb olmuşdur. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5648216 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh AZərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci madddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 350 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. İddiaçı «Xalq Sığorta” ASC avtonəqliyyat vasitələrinə dəymiş zərərə görə ödənilməli olan 350 manat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayonu, Hökməli-Qobu yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan Qüsur Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində **- FX-*** dövlət qeydiyyat nişanlı “Great Wall” markalı avtonəqliyyat vasitəsinə 350 (üç yüz əlli) manat zərər dəymişdir. İşdə olan X2 görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində **-FX-*** dövlət qeydiyyat nişanlı “Great Wall” markalı avtonəqliyyat vasitəsinə 350 (üç yüz əlli) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan **********41 nömrəli Hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat borcun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar