Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2195/2025 24.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə nəticəsində yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 911.75 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 941.75 manat məbləğində pulun Cavabdeh tutularaq Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı X2 istismarı İdarəsinin Cəlilabad rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********02540 olmaqla xx.xx.2018-ci il tarixli 2564-10-18 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cəlilabad şəhəri Qaqarin 2 ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2015-ci il tarixə 911.75 manat debitor borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq, o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Yaranmış borcun ödənilməsi tələb edilsə də, cavabdeh yaranmış borcun ödənilməsindən yayınmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz verərək göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən mənzildə ailə üzvləri birlikdə yaşayır. Həmin mənzil onun faktiki mülkiyyətindədir. Hazırkı mülki iş üzrə üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyi ona qarşı pul tələbinə dair iddia tələbi ilə məhəkəməyə müraciət edərək, müvafiq qətnamə qət edilməsini xahiş etmişdir. O isə öz növbəsində sözü gedən iddia tələbi ilə razı deyil və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, 2011-ci ildə onun yaşadığı mənzildə qaz verilişi olmayıb. İddiaçıdən ona bildiriblər ki, həmin əraziyə qaz verilişi ilə bağlı hər hansı bir planları yoxdur. Səbəb kimi isə maliyyə ilə təmin olunmadıqlarını bildirmişlər. Eyni zamanda küçə sakinlərinin öz vəsaitləri hesabına qazın çəkilişinin mümkün ola biləcəyini bildirmişlər. O, küçələrində yaşayan sakinlərin maddi rifahlarının aşağı olmasını bildiyi üçün, həmin boru xəttini öz şəxsi vəsaiti hesabına çəkdirəcəyini bildirmişdir. Onlar isə ona həmin boru xəttinin smetasını hesablayıb, təxmini xərci demişlər və həmin çəkilən xərc miqdarında onu qaz ödənişindən azad edəcəklərini bildirmişlər. Bundan sonra elə həmin il o, ümumi uzunluğu 400 (dörd yüz) metr olan, 50 düyümlük Rusiya istehsalı dəmir boru almışdır. Həmin dəmir boruları küçə sakinlərinin köməkliyi ilə montaj etdərək küçəni qaz xətti ilə təmin etmişlər. Bundan başqa, həmin boru xətlərinin montaj edilməsi üçün çəkilən usta və fəhlə xərcllərini, yük daşıma xərclərini, qaynaq xərclərini də öz şəxsi vəsaiti hesabına ödəmişdir. Daha sonra “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları həmin boru xətlərinə baxış keçirərək, istismara yararlı olmasını müəyyən etmişlər, yalnız bundan sonra sayğaclaşma işləri aparılmış və daha sonra qaz verilişinə başlamışlar. İddiaçı əməkdaşları küçədə yerləşən hər bir mənzil sahibindən quraşdırılan qaz sayğacının pulunu, yəni 263 (iki yüz altmış üç) manat məbləğində pul almışlar ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılar münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sonradan ona məlum olmuşdur ki, onun hesabına çəkilən qaz xətti “Azərqaz” İstehsalat Birliyinin balansına keçirilmişdir. Belə olan halda 400 (dörd yüz) metr olan, 50 düyümlük Rusiya istehsalı dəmir boru xətlərinin montaj edilməsi üçün çəkilən usta və fəhlə xərclərini, yük daşıma xərclərini, qaynaq xərcləri və quraşdırılan qaz sayğacının pulu üçün 263 (iki yüz altmış üç) manat pulun əvəzinin İddiaçıdən tutularaq ona (Cavabdeh) verilməlidir. Qeyd olunanlara əsasən iddianı əsassız hesab edir və bu səbəbdən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, qazdan istifadəyə görə həqiqətən də iddiada göstərilən məbləğdə borcu yaranıb, lakin həmin borcu ödəmək niyyətində deyil, həm də ödəmək imkanı yoxdur. 2019cu ildə iddiaçıya qarşı iddia da qaldırmışdı, lakin sonradan iddiaçı ilə aralarında barışıq olmuşdur, o da iddiasını geri çəkmişdir. Hesab edir ki, iddia əsassızdır, onun qeyd etdiyi boru xəttinin çəkilməsinə xərclədiyi vəsait borcla əvəzləşdirilməli idi, əgər belə deyilsə o zaman çəkdiyi xərcin əvəzini iddiaçıdan tələb edir. Bununla bağlı qarşılıqlı iddia qaldırmaq niyyətindədir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehə qarşılıqlı iddianın verilməsi müddəti və şərtləri məhkəmənin hazırlıq iclasında izah edilsə də cavabdeh həmin müddəti pozmuşdur, tərəfindən qarşılıqlı iddia qaldırılmamışdır, buna görə də cavabdehə ayrıca qaydada müstəqil iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Habelə cavabdeh tərəfindən etirazın dəlilləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X2 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış Xidmət Sahəsində abonet kodu **********02540 olmaqla xx.xx.2018-ci il tarixli 2564-10-18 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 2025-ci ilin may ayına olan borcu 911.76 manat təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində həqiqətən də göstərilən məbləğdə borcunun olduğunu etiraf etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı X2 istismarı İdarəsinin Cəlilabad rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********02540 olmaqla xx.xx.2018-ci il tarixli 2564-10-18 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cəlilabad şəhəri Qaqarin 2 ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixə 911.75 manat debitor borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi tələb edilsə də, cavabdeh yaranmış borcun ödənilməsindən yayınmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazın istahlakı nəticəsində yaranmış 911.75 (doqquz yüz əlli yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2195/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2195/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver