Məhkəmə qərarları › İş №e-2(073)-2198/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2198/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2198/2025 08.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5 üçün 392.8 (üç yüz doxsan iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, 39.28 (otuz doqquz manat, 28 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN üçün 323 (üç yü ziyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.3 (otuz iki manat, 30 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PS5 oyun pultu üçün 47.5 (qırx yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 4.75 (dörd manat, 75 qəpik) manat cərimə, ümumilikdə 839.63 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5, PS5 PULSE qulaqlıq, PALTARYUYAN HOFFMANN, PS5 oyun pultu almış və nəticədə 839.63 (səkkiz yüz otuz doqquz manat, 63 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1903.04 (bir min doqquz yüz üç manat, 04 qəpik) manat (18 ay x 91.28 manat + 260 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5, PS5 PULSE qulaqlıq üçün ümumilikdə, 432.08 (dörd yüz otuz iki manat 8 qəpik) manat olmaqla ondan, 392.8 (üç yüz doxsan iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39.28 (otuz doqquz manat, 28 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 607.8 (altı yüz yeddi manat, 80 qəpik) manat (30 ay x 19 manat + 37.8 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN üçün ümumilikdə, 355.30 (üç yüz əlli beş manat, 30 qəpik) manat olmaqla ondan, 323 (üç yü ziyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.3 (otuz iki manat, 30 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 171 (yüz yetmiş bir) manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) olan PS5 oyun pultu üçün ümumilikdə, 52.25 (əlli iki manat, 25 qəpik) manat olmaqla ondan, 47.5 (qırx yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.75 (dörd manat, 75 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində PS5 PULSE qulaqlıqdan imtina etmiş və məhsul 228,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1281.28 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 228.96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 408.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5, PS5 PULSE qulaqlıq, PALTARYUYAN HOFFMANN, PS5 oyun pultu almışdır. İş materiallarında olan Cavabdeh 24 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələr üzrə ödənilməyən 763,30 manat ödənilməmiş hissə, 76,33 manat cərimə borcu olmaqla, cəmi 839,63 manat məbləğində borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1281.28 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 228.96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 408.3 manat ödəniş etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 392.8 (üç yüz doxsan iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, 39.28 (otuz doqquz manat, 28 qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 32.3 (otuz iki manat, 30 qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 47.5 (qırx yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 4.75 (dörd manat, 75 qəpik) manat cərimə borcu olmaqla, cəmi 839,63 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla nisyə alqı-satqı müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 04266131 nömrəli müqaviləyə əsasən, 392.8 (üç yüz doxsan iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, 39.28 (otuz doqquz manat, 28 qəpik) manat cərimə borcu; xx.xx.2023-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən, 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 32.3 (otuz iki manat, 30 qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli, 04266139 nömrəli müqaviləyə əsasən, 47.5 (qırx yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 4.75 (dörd manat, 75 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 839.63 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 04266131 nömrəli müqaviləyə əsasən, 392.8 (üç yüz doxsan iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, 39.28 (otuz doqquz manat, 28 qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən, 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 32.3 (otuz iki manat, 30 qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli, 04266139 nömrəli müqaviləyə əsasən, 47.5 (qırx yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 4.75 (dörd manat, 75 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 839.63 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar