Məhkəmə qərarları › İş №e-2(073)-2253/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2253/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2253/2023 09.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli 260835 saylı müqaviləyə əsasən 215 (iki yüz on beş) manat əsas borc, xx.xx.2021-ci il tarixli 260840 saylı müqaviləyə əsasən 190 (bir yüz doxsan) manat əsas borc, xx.xx.2021-ci il tarixli 270065 saylı müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas borc, üç müqavilə üzrə 645 (altı yüz qırx beş) manat əsas borc, 319.5 (üç yüz on doqquz manat əlli qəpik) manat cərimə borcu, ümumilikdə 964.5 (doqquz yüz altmış dörd manat əlli qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli 260835 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 9 ay müddətinə 250 (iki yüz əlli) manat dəyərində ətçəkən, xx.xx.2021-ci il tarixli 260840 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 9 ay müddətinə 250 (iki yüz əlli) manat dəyərində ətçəkən, xx.xx.2021-ci il tarixli 270065 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 9 ay müddətinə 250 (iki yüz əlli) manat dəyərində ətçəkən satılmışdır. Cavabdeh iddiaçı Cəmiyyətə olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçı cəmiyyətə xx.xx.2021-ci il tarixli 260835 saylı müqaviləyə əsasən 215 (iki yüz on beş) manat əsas borc, xx.xx.2021-ci il tarixli 260840 saylı müqaviləyə əsasən 190 (bir yüz doxsan) manat əsas borc, xx.xx.2021-ci il tarixli 270065 saylı müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas borc, üç müqavilə üzrə 645 (altı yüz qırx beş) manat əsas borc, 319.5 (üç yüz on doqquz manat əlli qəpik) manat cərimə borcu, ümumilikdə 964.5 (doqquz yüz altmış dörd manat əlli qəpik) manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi tam təmin olunmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli 260835 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 9 ay müddətinə 250 (iki yüz əlli) manat dəyərində əşya verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 260840 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 9 ay müddətinə 250 (iki yüz əlli) manat dəyərində əşya verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 270065 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 9 ay müddətinə 250 (iki yüz əlli) manat dəyərində əşya verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə xx.xx.2021-ci il tarixli 260835 saylı müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas borc, xx.xx.2021-ci il tarixli 260840 saylı müqaviləyə əsasən 190 (bir yüz doxsan) manat əsas borc, xx.xx.2021-ci il tarixli 270065 saylı müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas borc, üç müqavilə üzrə 645 (altı yüz qırx beş) manat əsas borc, 319.5 (üç yüz on doqquz manat əlli qəpik) manat cərimə borc, ümumilikdə 964.5 (doqquz yüz altmış dörd manat əlli qəpik) manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə tam əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı cəmiyyət tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditiorun də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli 260835 saylı müqaviləyə əsasən 215 (iki yüz on beş) manat əsas borc, xx.xx.2021-ci il tarixli 260840 saylı müqaviləyə əsasən 190 (bir yüz doxsan) manat əsas borc, xx.xx.2021-ci il tarixli 270065 saylı müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas borc, üç müqavilə üzrə 645 (altı yüz qırx beş) manat əsas borc, 319.5 (üç yüz on doqquz manat əlli qəpik) manat cərimə borcu, ümumilikdə 964.5 (doqquz yüz altmış dörd manat əlli qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar