Məhkəmə qərarları › İş №e-2(073)-2256/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2256/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2256/2024 04.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə “AccessBank" QSC arasında bağlanmış, Masallı regional "ASAN xidmət" mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh3, X7 və yetkinlik yaşına çatmayan X2, X3 və X4 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-nə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, X9 ilə ‘‘AccessBank” QSC arasında xx.xx.2021-ci il tarixində AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Masallı regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-niıı mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinin alıcı X5 15459 manat (on beş min dörd yüz əlli doqquz manat) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı X9 ilkin olaraq 3059 (üç min əlli doqquz) manat məbləği satıcı İddiaçı QSC-nə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. X9 qalan 12400 (on iki min dörd yüz) manat məbləği isə 24 ay müddətinədək hər ay 300 ( üç yüz) manat, sonuncu ödənişi isə 5500 (beş min beş yüz) manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 4559 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə. bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. X9 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da X9 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan cavabdeh X1 vəfat etdiyi məlum olmuşdur. Bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 5-41/2-5-1665/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum Cəlilabad şəhəri, Həməşara küçəsi, döngə 03, ev 11-də hal-hazırda Cavabdeh2, Cavabdeh3, X14, X11, X12 və X13 yaşamaqdadırlar. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh2. Cavabdeh3, X10 xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təkliflər göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdehlər təklifə cavab verməmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 5-41/2-5-1665/2024 saylı arayışa əsasən yetkinlik yaşına çatmayan X11, X12 və X4 da Cəlilabad şəhəri, Həməşara küçəsi, döngə 03, ev 11-də yaşadığı məlum olmuşdur. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2, 425.1, 442, 445, 600.1, 427 və 600.4-cü maddələrinə istinad edərək, iddianın təmin elməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********46-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyətindədir. İşdə olan Masallı regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC-niıı mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evi alıcı X5 15459 manata (on beş min dörd yüz əlli doqquz manat) qiymətinə satılmışdır. İşdə olan Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-41/2-5-1665/2024 saylı arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, X14, X11, X12 və X13 hal-hazırda Cəlilabad şəhəri, Həməşara küçəsi, döngə 03, ev 11-də yaşayırlar. İşdə olan İddiaçı QSC tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 göndərilmiş müqavilənin ləğvinə dair xx.xx.2024-cü il tarixli təkliflərdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixili AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 ilə ‘‘AccessBank” QSC arasında xx.xx.2021-ci il tarixində AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-niıı mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinin alıcı X5 15459 manat (on beş min dörd yüz əlli doqquz manat) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı X9 ilkin olaraq 3059 (üç min əlli doqquz) manat məbləği satıcı İddiaçı QSC-nə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, X9 qalan 12400 (on iki min dörd yüz) manat məbləği isə 24 ay müddətinədək hər ay 300 ( üç yüz) manat, sonuncu ödənişi isə 5500 (beş min beş yüz) manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 4559 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müqavilənin ləğv edilməsini təklif etmiş, lakin müsbət nəticəsi olmamışdır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir, ödənişləri razılaşdırılmış qaydada icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X9 ilə “AccessBank" QSC arasında Masallı regional "ASAN xidmət" mərkəzində bağlanmış 02.03.202l-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh3, X14 və yetkinlik yaşına çatmayan X11, X12 və X13 çıxarılsınlar, əmlak boşaldılsın və mülkiyyətçi İddiaçı QSC-nə təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X6 alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar