Məhkəmə qərarları › İş №e-2(073)-2271/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2271/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2271/2025 11.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X1, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı 480 manat məbləğində siğorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı 480 manat məbləğində siğorta ödənişinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında ** JB *** dövlət qeydiyyat nişanlı “İSUZU YÜK” markalı avtonəqliyyat vasitəsi PSS********** nömrəli siğorta müqaviləsi ilə siğortalanmışdır. Muxtarov babək Muxtar oğlu ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə, PPA ********** nömrəli siğorta müqaviləsi bağlanmış və ** UC *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ ML” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Xətai rayon UPD qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi ** JB *** dövlət qeydiyyat nişanlı “İSUZU YÜK” markalı avtonəqliyyatla, ** UC *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ ML” markalı avtonəqliyyat ilə toqquşmuş zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi bankının İdarə Heyəti tərəfindən “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı siğortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimləsinə dair qaydaların təsdiq edilməsi barədə qərara əsasən İddiaçı ASC-nin digər tərəfin (zərərçəkənin) "xxxx" ASC–nin hesabına 480 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. Cəlilabad RPŞ DYPB-nin İddiaçı ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində Xətai rayon UPD qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, TP5430179 saylı X3 haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** UC *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ ML” markalı avtonəqliyyat vasitəsinə 480 (dörd yüz səksən) manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 215 saylı pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “ASAN ödəniş sistemindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 480 (dörd yüz səksən) manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar