Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2320/2025 25.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25W COMPACT CHARGER, PAKET XXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********73643 SAMSUNG GALXY A15 markalı telefon üçün 662.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 66.20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 1 il xidməti, PAKET XL xidməti, VİNİL MAT PLYONKA İSTEHSALİ İMEİ KODU **********07926 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 574.65 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 57.47 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25WCOMPACT CAHARGER, CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, İMEİ KODU **********68933 SAMSUNG GALAXY A15 markalı telefon üçün 563.90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 56.39 manat cərimə olmaqla cəmi üç müqavilə üzrə ümumilikdə 2051.45 (iki min əlli bir manat qırx beş qəpik) manat borcun və 40.52 (qırx manat əlli iki qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25W COMPACT CHARGER, PAKET XXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********73643 SAMSUNG GALXY A15 markalı telefon almış və nəticədə 751.84 (yeddi yüz əlli bir manat səksən dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 662.04 (altı yüz altmış iki manat dörd qəpik) manat (18 ay x 36.78 manat + 0 manat ilkin ödəniş) olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25W COMPACT CHARGER, PAKET XXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********73643 SAMSUNG GALXY A15 markalı telefon üçün ümumilikdə, 662.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 66.20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 1 il xidməti, PAKET XL xidməti, VİNİL MAT PLYONKA İSTEHSALİ İMEİ KODU **********07926 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış və nəticədə 574.65 (beş yüz yetmiş dörd manat altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 655.72 (altı yüz əlli beş manat yetmiş iki qəpik) manat (15 ay x 38.31 manat + 0 manat ilkin ödəniş) olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 1 il xidməti, PAKET XL xidməti, VİNİL MAT PLYONKA İSTEHSALİ İMEİ KODU **********07926 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 571.29 (beş yüz yetmiş bir manat iyirmi doqquz qəpik) manat olmaqla ondan, 574.65 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 57.47 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25WCOMPACT CAHARGER, CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, İMEİ KODU **********68933 SAMSUNG GALAXY A15 markalı telefon almış və nəticədə 643.89 (altı yüz qırx üç manat səksən doqquz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 723.40 (yeddi yüz iyirmi üç manat qırx qəpik) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25WCOMPACT CAHARGER, CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, İMEİ KODU **********68933 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 563 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 56.39 manat cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 159.50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ilkin ödəniş 0 manat və 18 ay ərzində hər ay 36.78 manat ödəmək şərti ilə SAMSUNG 25W COMPACT CHARGER, PAKET XXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********73643 SAMSUNG GALXY A15 markalı telefon almış, aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavədə ödənişlərdə gecikmələr aşkar edildikdə, müştərinin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz peniya ödəməsi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ilkin ödəniş 0 manat və 15 ay ərzində hər ay 38.31 manat ödəmək şərti ilə ZƏMANƏT + 1 il xidməti, PAKET XL xidməti, VİNİL MAT PLYONKA İSTEHSALİ İMEİ KODU **********07926 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış, aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavədə ödənişlərdə gecikmələr aşkar edildikdə, müştərinin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz peniya ödəməsi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ilkin ödəniş 0 manat və 18 ay ərzində hər ay 40 manat ödəmək şərti ilə SAMSUNG 25WCOMPACT CAHARGER, CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, İMEİ KODU **********68933 SAMSUNG GALAXY A15 markalı telefon almış, aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavədə ödənişlərdə gecikmələr aşkar edildikdə, müştərinin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz peniya ödəməsi qeyd edilmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 40.52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40.52 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25W COMPACT CHARGER, PAKET XXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********73643 SAMSUNG GALXY A15 markalı telefon üçün 662.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 66.20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 1 il xidməti, PAKET XL xidməti, VİNİL MAT PLYONKA İSTEHSALİ İMEİ KODU **********07926 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 574.65 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 57.47 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 25WCOMPACT CAHARGER, CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, İMEİ KODU **********68933 SAMSUNG GALAXY A15 markalı telefon üçün 563.90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Nərkəzinə ödənilmiş rüsum 23.60 manat, 56.39 manat cərimə olmaqla cəmi üç müqavilə üzrə ümumilikdə 2051.45 (iki min əlli bir manat qırx beş qəpik) manat borcun və 40.52 (qırx manat əlli iki qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-2320/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2320/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver