Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2326/2025 08.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənil məsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdiril miş icraat qaydasında Cəlil abad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV, ƏTÇƏKƏN MOULİNEX, PAKET EXTRA TV üçün 1156.82 manat ödənilməmiş hissə, 115.69 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QAYNAQ APARATİ TOTAL, PERFORATOR BOSH, LAQONDA TOTAL üçün 720 manat ödənilməmiş hissə, 72 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HİSENSETV,QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 703.42 manat ödənilməmiş hissə, 70.34 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MATRAS FLORA, BEŞİK ANTİK, ZƏMANƏT +2 il xidməti üçün 620.40 manat ödənilməmiş hissə, 62.04 manat cərimə pulu; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********24589 XİAOMİ REDMİ 13, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, PAKET XL Xidməti üçün 376.68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 37.67 manat cərimə, ümumilikdə 3958.71 manat borc və 59.59 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 1252.92 manat olan TOSHİBA TV, ƏTÇƏKƏN MOULİNEX, PAKET EXTRA TV almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, dəyəri 864 manat olan QAYNAQ APARATİ TOTAL, PERFORATOR BOSH, LAQONDA TOTAL almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 943.92 manat HİSENSETV,QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 647.4 manat olan MATRAS FLORA, BEŞİK ANTİK, ZƏMANƏT +2 il xidməti almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 590.68 manat olan 590.68 manat olan İMEİ kod **********24589 XİAOMİ REDMİ 13, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, PAKET XL Xidməti almış, aldığı əşyanın dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnaməçıxaril masını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1252.92 manat olan TOSHİBA TV, ƏTÇƏKƏN MOULİNEX, PAKET EXTRA TV almış, aldığıəşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 864 manat olan QAYNAQ APARATİ TOTAL, PERFORATOR BOSH, LAQONDA TOTAL almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri dəyəri 943.92 manat HİSENSETV,QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 647.4 manat olan MATRAS FLORA, BEŞİK ANTİK, ZƏMANƏT +2 il xidməti almış, aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 590.68 manat olan İMEİ kod **********24589 XİAOMİ REDMİ 13, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, PAKET XL Xidməti almış, aldığıəşyanın dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1156.82 manat ödənilməmiş hissə, 115.69 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 720 manat ödənilməmiş hissə, 72 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 703.42 manat ödənilməmiş hissə, 70.34 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 620.40 manat ödənilməmiş hissə, 62.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 376.68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 37.67 manat cərimə, ümumilikdə 3958.71 manat təşkl edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənil məsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət edil əcəyi barədə xəbərdarlıq edil mişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumu ödənil mişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənil məsini və ya ödənilməmiş malın qaytarilmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşüzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarilmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırilması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1156.82 manat ödənilməmiş hissə, 115.69 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 720 manat ödənilməmiş hissə, 72 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 703.42 manat ödənilməmiş hissə, 70.34 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 620.40 manat ödənilməmiş hissə, 62.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 376.68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 37.67 manat cərimə, ümumilikdə 3958.71 (üç min doqquz yüz əlli səkkiz manat yetmiş bir qəpik) manat borc və 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bil ər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2326/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2326/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver