Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-241/2025 10.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Hakim köməkçisi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair idiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclasından kənar qaydada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 206 manat əsas borcun, 30.9 manat cərimənin, 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, mülki proessual qanunvercilik işdə iştirak edən şəxsin sıradan çıxması halında icraatın dayandırılmasını mümkün edir, iddia ərizəsi verildiyi anda ölmüş olan şəxsə qarşı iddia qaldırılması mümkünlüyü isə nəzərdə tutulmamışdır. İddia ərizəsinin xx.xx.2024-cü il tarixdə daxil olduğunu və cavabdehin isə xx.xx.2024-cü ildə öldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir, iddiaçıya isə cavabdehin vərəsələrinə qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Cavabdehin vərəsələrinə qarşı iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-241/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-241/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver