Məhkəmə qərarları › İş №e-2(073)-2452/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2452/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2452/2024 05.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbinə dair kiçik mübahsələr üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 846.92 manat əsas borc, 84.08 manat cərimə borcu olmaqla, cəmi 931 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını bildirmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMC -yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik mübahsələrə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə vəsatəti təmin edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar