Məhkəmə qərarları › İş №e-2(073)-2472/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2472/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2472/2023 15.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «İPHONE 13 PRO MAX» markalı telefon, «HOCO TWS BOROFONE» markalı qulaqlıq, «APPLE» markalı adapter üçün 3602.94 manat əsas borc, 910.76 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «Hoffmann» markalı aspirator, plitə, paltaryuyan maşın, Softyumuşaq-3 yerli üçün 1345.92 manat əsas borc, 414.08 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Retro2-Yumuşaq-Künc, Marsel-Yataq-Termo üçün 473.3 manat əsas borc, 132 manat dəbbə pulu, ümumilikdə 6879 (altı min səkkiz yüz yetmiş doqquz) manat borcun və 88.79 (səksən səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-in nümayəndəsi məhkəməyə teleqram göndərərək işə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia cəmiyyət tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 4983.84 manat olan İPHONE 13 PRO MAX markalı telefon, HOCO TWS BOROFONE qulaqlıq, APPLE ADAPTER, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 2083.32 manat olan Soyuducu Hoffmann, Aspirator Hoffmann, Piltə Hoffmann, Paltaryuyan Hoffmann, Soft-yumuşaq-3 yerli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 1329.6 manat olan Retro2-Yumuşaq-Künc, Marsel-Yataq- Termonu nisyə olaraq almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3602.94 manat əsas borc, 910.76 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1345.92 manat əsas borc, 414.08 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 473.3 manat əsas borc, 132 manat dəbbə pulu, ümumilikdə 6879 (altı min səkkiz yüz yetmiş doqquz) manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. Buna görə də hazırkı iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 4983.84 manat olan İPHONE 13 PRO MAX markalı telefon, HOCO TWS BOROFONE qulaqlıq, APPLE ADAPTER-i nisyə almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 2083.32 manat olan Soyuducu Hoffmann, Aspirator Hoffmann, Piltə Hoffmann, Paltaryuyan Hoffmann, Soft-yumuşaq-3 yerli nisyə almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1329.6 manat olan Retro2-Yumuşaq-Künc, Marsel-Yataq-Termonu nisyə almış və aldığı əşyaların dəyərini 12 ay müddətində öədəmyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 88.79 (səksən səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 4983.84 manat olan İPHONE 13 PRO MAX markalı telefon, HOCO TWS BOROFONE qulaqlıq, APPLE ADAPTER, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 2083.32 manat olan Soyuducu Hoffmann, Aspirator Hoffmann, Piltə Hoffmann, Paltaryuyan Hoffmann, Soft-yumuşaq-3 yerli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyəri 1329.6 manat olan Retro2-Yumuşaq-Künc, Marsel-Yataq- Termonu nisyə olaraq almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3602.94 manat əsas borc, 910.76 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1345.92 manat əsas borc, 414.08 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 473.3 manat əsas borc, 132 manat dəbbə pulu, ümumilikdə 6879 (altı min səkkiz yüz yetmiş doqquz) manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. Buna görə də hazırkı iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı cəmiyyət tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun xx.xx.2022-ci il tarixli müqavilə üzrə 910.76 manatdan azaldılaraq 90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 414.08 manatdan azaldılaraq 40 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 132 manatdan azaldılaraq 13 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 88.79 (səksən səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən vəAzərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3602.94 manat əsas borc, 90 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1345.92 manat əsas borc, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 473.3 manat əsas borc, 13 manat cərimə, cəmi 5565.16 (beş min beş yüz altmış beş manat on altı qəpik) manat borc və 88.79 (səksən səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar