Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2507/2023 13.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı «SƏYYAR-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «SƏYYAR-A” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 250255 saylı müqaviləyə əsasən 226 manat əsas borc, xx.xx.2021-ci il tarixli, 250558 saylı müqaviləyə əsasən 490 manat əsas borc, xx.xx.2021-ci il tarixli, 250682 saylı müqaviləyə əsasən 215 manat əsas borc, üç müqavilə üzrə 931 (doqquz yüz otuz bir) manat əsas borc, 514.5 (beş yüz on dörd manat əlli qəpik) manat cərimə, ümumilikdə 1445.5 (bir min dörd yüz qırx beş manat əlli qəpik) manat borcun və 34.45 (otuz beş manat qırx beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı «SƏYYAR-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «SƏYYAR-A” MMC tərəfindən Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 250255 saylı alqı-satqı müqaviləsinə əsasən 9 ay müddətinə 350 (üç yüz əlli) manat dəyərində qranit qazan dəsti, xx.xx.2021-ci il tarixli, 250558 saylı alqısatqı müqaviləsinə əsasən 9 ay müddətinə 590 (beş yüz doxsan) manat dəyərində 125 parça qaşıq-bıçaq dəsti, xx.xx.2021-ci il tarixli, 250682 saylı alqı-satqı müqaviləsinə əsasən 9 ay müddətinə 235 (iki yüz otuz beş) manat dəyərində şirəçəkən satılmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 250255 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh «SƏYYAR-A” MMC-dən 350 manat dəyərində qranit qazan dəsti almış və aldığı əşyanın dəyərini 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05. xx.xx.2021-ci il tarixli, 250558 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh «SƏYYAR-A” MMC-dən 590 manat dəyərində 125 parça qaşıq-bıçaq dəsti almış və aldığı əşyanın dəyərini 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 250682 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh «SƏYYAR-A” MMC-dən 235 manat dəyərində şirəçəkən almış və aldığı əşyanın dəyərini 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan bildirişdən görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 34.45 (otuz dörd manat qırx beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 250255 saylı müqaviləyə əsasən 226 manat əsas borc, xx.xx.2021-ci il tarixli, 250558 saylı müqaviləyə əsasən 490 manat əsas borc, xx.xx.2021-ci il tarixli, 250682 saylı müqaviləyə əsasən 215 manat əsas borc, üç müqavilə üzrə 931 manat əsas borc, 514.5 manat cərimə, cəmi 981 (doqquz yüz səksən bir) manat borc və 34.45 (otuz dörd manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq «SƏYYAR- A” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(073)-2507/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2507/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver