Məhkəmə qərarları › İş №e-2(073)-2594/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2594/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2594/2025 19.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********49920 İphone 13 , vinil mat, vinil şəffaf, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün, 1809.78 (bir min səkkiz yüz doqquz manat, 78 qəpik) manat ödənilməmiş hissə, 180.98 (yüz səksən manat, 98 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Benk asqı, Hisense TV, qızıl zəmanət ultra 3 il xidməti üçün 1182.68 (bir min yüz səksən iki manat, 68 qəpik) manat ödənilməmiş hissə, 118.27 (yüz on səkkiz manat, 27 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan TCL, zəmanət + 3 il xidməti üçün 717.84 (yeddi yüz on yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, 71.78 (yetmiş bir manat, 78 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********79262 Blackvıew A96, vinil şəffaf, vinil mat, qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti üçün 660.42 (altı yüz altmış manat 42 qəpik) manat ödənilməmiş hissə, 66.04 (altmış altı manat, 4 qəpik) manat cərimə olmaqla, ümumilikdə 4807.79 manat borc və 68.08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********49920 İphone 13 , vinil mat, vinil şəffaf, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti, Benk asqı, Hisense tv, qızıl zəmanət ultra 3 il xidməti, Paltaryuyan TCL, zəmanət + 3 il xidməti, İmei kod 355 **********62 Blackvıew A96, vinil şəffaf, vinil mat, qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti almış və nəticədə 4807.79 (dörd min səkkiz yüz yeddi manat 79 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1927.28 (bir min doqquz yüz iyirmi yeddi manat 28 qəpik) manat (24 ay x 75.72 manat + 110 manat ilkin ödəniş) olan İmei kod **********49920 İphone 13 , vinil mat, vinil şəffaf, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 1990.76 (bir min doqquz yüz doxsan manat, 76 qəpik) manat olmaqla ondan, 1809.78 (bir min səkkiz yüz doqquz manat, 78 qəpik) manat ödənilməmiş hissə, 180.98 (yüz səksən manat, 98 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1207.68 (bi rmin iki yüz yeddi manat, 68 qəpik) manat (24 ay x 50.32 manat + 0 manat ilkin ödəniş) olan Benk asqı, Hisense tv, qızıl zəmanət ultra 3 il xidməti üçün 1300.95 (bir min üç yüz manat, 95 qəpik) manat olmaqla ondan, 1182.68 (bir min yüz səksən iki manat, 68 qəpik) manat ödənilməmiş hissə, 118.27 (yüz on səkkiz manat, 27 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 717.84 (yeddi yüz on yeddi manat, 84 qəpik) manat (24 ay x 29.91 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan TCL, zəmanət + 3 il xidməti üçün 789.62 (yeddi yüz səksən doqquz manat, 62 qəpik) manat olmaqla ondan 717.84 (yeddi yüz on yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, 71.78 (yetmiş bir manat, 78 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684.42 (altı yüz səksən dörd manat, 42 qəpik) manat (18 ay x 36.69 manat + 24 manat ilkin ödəniş) olan İmei kod **********79262 Blackvıew A96, vinil şəffaf, vinil mat, qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti üçün 726.46 (yeddi yüz iyirmi altı manat, 46 qəpik) manat olmaqla ondan 660.42 (altı yüz altmış manat 42 qəpik) manat ödənilməmiş hissə, 66.04 (altmış altı manat, 4 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 166.5 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 1927.28 manat olan İmei kod **********49920 İphone 13 (vinil mat, vinil şəffaf, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti daxil) markalı telefon almışdır. 110 manat ilkin ödəniş etmişdir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 1207.68 manat olan Benk asqı, Hisense tv (qızıl zəmanət ultra 3 il xidməti daxil) almışdır. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 717.84 manat olan Paltaryuyan TCL (zəmanət + 3 il xidməti daxil) almışdır. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 684.42 manat olan İmei kod **********79262 Blackvıew A96 markalı telefon (vinil şəffaf, vinil mat, qızıl zəmanət ultra 3 il xidməti, paket XL xidməti daxil) almışdır. 24 manat ilkin ödəniş etmişdir. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 1990.76 manat olmaqla ondan, 1809.78 manat ödənilməmiş hissə, güzəşt olunaraq 180.98 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 1300.95 manat olmaqla ondan, 1182.68 manat ödənilməmiş hissə, güzəşt olunaraq 118.27 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 789.62 manat olmaqla ondan, 717.84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 71.78 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə 726.46 manat olmaqla ondan, 660.42 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66.04 manat cərimə borcu yaranmışdır. Cavabdeh cəmi 166,50 manat ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 68,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 1809.78 manat ödənilməmiş hissə, 180.98 manat cərimə, xx.xx.2025-ci il il tarixli müqavilə üzrə əsas borca görə 1182.68 manat ödənilməmiş hissə, 118.27 manat cərimə, xx.xx.2025-ci il il tarixli müqavilə üzrə əsas borca görə 717.84 manat ödənilməmiş hissə, 71.78 manat cərimə, xx.xx.2025-ci il il tarixli müqavilə üzrə əsas borca görə 660.42 manat ödənilməmiş hissə, 66.04 manat cərimə borcu olmaqla, cəmi 4807,79 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 91 (tələb edilir 180.98 manat) manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 60 (tələb edilir 118.27 manat) manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 36 (tələb edilir 71.78 manat) manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 34 (tələb edilir 66.04 manat) manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1809.78 manat əsas borc, 91 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1182.68 manat əsas borc, 60 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 717.84 manat əsas borc, 36 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 660.42 manat əsas borc, 34 manat cərimə borcu olmaqla, cəmi 4591.72 manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 65.92 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1809.78 manat əsas borc, 91 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1182.68 manat əsas borc, 60 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 717.84 manat əsas borc, 36 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 660.42 manat əsas borc, 34 manat cərimə borcu olmaqla, cəmi 4591.72 (dörd min beş yüz doxsan bir manat yetmiş iki qəpik) manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 65.92 (altmış beş manat doxsan iki qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar