Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2646/2023 17.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 17 sentyabr 2021-ci il tarixli, CLK07267 saylı müqavilə üzrə 199,99 manat qalıq borcun, 116,82 manat cərimə borcu olmaqla, cəmi 316,81 manat borcun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə Cəlilabad rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17 sentyabr 2021-ci il tarixli, CLK07267 saylı müqavilə üzrə 199,99 manat qalıq borcun, 116,82 manat cərimə borcu olmaqla, cəmi 316,81 manat borcun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verə bilər. İşdə olan AZ-İİ 235040 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 17 noyabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC 10 dekabr 2021-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı, cavabdeh qismində göstərilmiş Cavabdeh ölümündən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu andan əmələ gəlir və ölümü ilə xətm verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquq qabiliyyəti xitam edilmiş şəxs Cavabdeh hüquq münasibətlərinin daşıyıcısı olmadığından iddiaçı təşkilat ona qarşı hər-şansı bir iddia tələbi ilə müraciət edə bilməzdi. Bu səbəbdən Cavabdeh qarşı iddia tələbi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 17 sentyabr 2021-ci il tarixli, CLK07267 saylı müqavilə üzrə 199,99 manat qalıq borcun, 116,82 manat cərimə borcu olmaqla, cəmi 316,81 manat borcun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2646/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2646/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver