Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2744/2024 31.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək Cavabdeh ECK5902808 nömrəli, 27 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 597 manat əsas borc, 179 manat dəbbə pulu, ECK5902825 nömrəli, 28 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 332 manat əsas borc, 100 manat dəbbə pulu, ECK5902827 nömrəli, 28 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 195 manat əsas borc, 58 manat dəbbə pulu, 35 manat dövlət rüsumu, cəmi 1496 (bir min dörd yüz doxsan altı) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı 27 oktyabr 2020-ci il tarixli, ECK5902808 nömrəli müqaviləyə əsasən 868 manat dəyərində 1 ədəd “LG” markalı televizor almış, borcunu 12 ay müddətində ödəməyi, 28 oktyabr 2020-ci il tarixli, ECK5902825 nömrəli müqaviləyə əsasən 452 manat dəyərində 1 ədəd “Samsung Galaxy A21” markalı telefon almış, borcunu 12 ay müddətində ödəməyi, 28 oktyabr 2020-ci il tarixli, ECK5902827 nömrəli müqaviləyə əsasən 230 manat dəyərində 1 ədəd “Beko” markalı ətçəkən almış, borcunu 10 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, ECK5902808 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 868 manat dəyərində 1 ədəd “LG” markalı televizor almış, malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, ECK5902825 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 452 manat dəyərində 1 ədəd “Samsung Galaxy A21” markalı telefon almış, malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, ECK5902827 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 230 manat dəyərində 1 ədəd “Beko” markalı ətçəkən almış, malın dəyərini 10 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli ECK5902808 saylı müqaviləyə əsasən 597 manat əsas borc, 179 manat dəbbə pulu borcu, xx.xx.2020-ci il tarixli, ECK5902825 saylı müqaviləyə əsasən 332 manat əsas borc, 100 manat dəbbə pulu borcu, xx.xx.2020-ci il tarixli, ECK5902827 saylı müqaviləyə əsasən 195 manat əsas borc, 58 manat dəbbə pulu borcu, cəmi 1496 manat borcu vardır. İşdə olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ECK5902808 saylı müqavilə üzrə 597 manat əsas, 179 manat cərimə, ECK5902825 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 332 manat əsas, 100 manat cərimə, ECK5902827 saylı nisyə alqısatqı müqaviləsi üzrə 195 manat əsas, 58 manat cərimə, cəmi 1461 manat borcunun olması bildirilmiş, borcu 5 təqvim günü ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə bildiriş / pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilməlidir. Bununla da müqavilənin ləğv edildiyi vaxtdan sonrakı dövrə həmin, yəni artıq mövcud olmayan müqaviləyə görə öhdəliklərin icrasının tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni, müvafiq bildirişdə göstərilən həddə icra edilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Cavabdeh üç müqavilə üzrə əsasə borcunu ödəyə bilmədiyi halda əlavə olaraq hər bir müqavilə dəyərinə münasibətdə tənasübsüz surətdə yuxarı cərimə məbləğinin də tələb edilməsi ədalətli hesab edilə bilməz və cavabdehin əmlak mənafeyinin pozulması ilə nəticələnə bilər, lakin məhkəmə tənasübü müəyyənləşdirərkən kreditorun (iddiaçının) da mənafeyini nəzərə alır. Nəticədə məhkəmə ECK5902808 saylı müqavilə üzrə dəbbə pulunun 50 manat, ECK5902825 saylı müqavilə üzrə 30 manat, ECK5902827 saylı müqavilə üzrə isə 20 manat məbləğində müəyyən edilməsini tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat dövlət rüsumunun 32.24 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ECK5902808 nömrəli, 27 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 597 manat əsas borc, 50 manat dəbbə pulu, ECK5902825 nömrəli, 28 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 332 manat əsas borc, 30 manat dəbbə pulu, ECK5902827 nömrəli, 28 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 195 manat əsas borc, 20 manat dəbbə pulu, cəmi 1224 (bir min iki yüz iyirmi dörd) manat borc və 32.24 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2744/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2744/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver