Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2753/2024 04.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı 723 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «A-QROUP Siğorta Şirkəti” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 723 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «A-QROUP Siğorta Şirkəti” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «A-QROUP Siğorta Şirkəti” ilə “X1 AAMEO and Latam A/S” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinda bağlanmış xx.xx.2023-cü il tarixli AS-H 661/22_6 nömrəli siğorta müqaviləsi bağlanmışdır. «A-QROUP Siğorta Şirkəti” ASC tərəfindən ** PS *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat, “Tufan” markalı moped ilə toqquşmuş və zədələnmişdir. Sözügedan yolnaqliyyat hadisəsi nəticəsinda “Toyota Corolla” markalı ** PS *** dövlat qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə göra Cəmiyyət tərəfindan 723 (yeddi yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-naqliyyat hadisəsinin törədilməsində “Tufan” markalı mopedin sürücüsü Cavabdeh taqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında, yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 723 (yeddi yüz iyirmi üç) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1782/23 nömrəli geriyə tələb məktubunda görünür ki, siğorta hadisəsi nəticsində “Toyota Corolla” markalı ** PS *** dövlat qeydiyyat nişanlı avtonaqliyyat vasitsainə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 723 (yeddi yüz iyirmi üç) ınanat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri DYP tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:10 radələrində Bakı şəhərində, Tiblisi Prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində “Toyota Corolla” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə 723 manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (əlli altı manat iyirmi bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30.40 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 723 (yeddi yüz iyirmi üç) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq «A-QROUP Siğorta Şirkəti” ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2753/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2753/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver