Məhkəmə qərarları › İş №e-2(073)-2810/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2810/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2810/2025 20.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən ALYANS- DOLAB, ALYANS-TERMO, 2 ƏDƏD ALYANS-TUMBA, ALYANS-ÇARPAYİ, MATRAS- FLORA, PALTARYUYAN SAMSUNG, 5 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 3696,16 manat ödənilməmiş hissə, 369,62 manat dəbbə, 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən SOYUDUCU LG, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün 1734,08 manat ödənilməmiş hissə, 173,41 manat dəbbə və 08 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 2 ƏDƏD YASTİQ-TEKSTİL-SG, DÖŞƏK-SARVAGELLİ, PAKRİVAL-LAURA GRAND, YORĞAN- TEKSTİL-SG üçün 326,4 manat ödənilməmiş hissə, 32,64 manat dəbbə pulu olmaqla, ümumilikdə 6332,30 manat borc, 83,33 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ‘‘ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ALYANS- DOLAB, ALYANS-TERMO, 2 ƏDƏD ALYANS- TUMBA, ALYANS-CARPAYİ, MATRAS-FLORA, PALTARYUYAN SAMSUNG, 5 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ, SOYUDUCU LG, ZƏMANƏT + 1 İL XİDMƏTİ, 2 ƏDƏD YASTİQ-TEKSTİL-SG, DÖŞƏK-SARVAGELLİ, PAKRİVAL-LAURA GRAND, YORĞAN- TEKSTİL-SG almış və nəticədə 6332,30 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3962,16 manat (24 ay x 160,59 manat + 108 manat ilkin ödəniş) olan ALYANS- DOLAB, ALYANS-TERMO, 2 ƏDƏD ALYANS-TUMBA, ALYANS-CARPAYİ, MATRAS - FLORA, PALTARYUYAN SAMSUNG, 5 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 4065,78 manat olmaqla ondan, 3696,16 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 369,62 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1792,08 manat (18 ay x 99,56 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU LG, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə, 1907,49 manat olmaqla ondan, 1734,08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173,41 manat dəbbə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 560,4 manat (24 ay x 17,1 manat + 150 manat ilkin ödəniş) olan 2 ƏDƏD YASTİQ - TEKSTİL - SG, DÖŞƏK - SARVAGELLİ, PAKRİVAL - LAURA GRAND, YORĞAN - TEKSTİL - SG üçün ümumilikdə, 359,04 manat olmaqla ondan, 326,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,64 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 558 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC-dən 08 noyabr 2024-cü il, 20 oktyabr 2024-cü il və 08 noyabr 2024cü il tarixli müqavilələrə əsasən 5581.04 manat dəyərində ALYANS- DOLAB, ALYANS- TERMO, 2 ƏDƏD ALYANS-TUMBA, ALYANS-CARPAYİ, MATRAS-FLORA, PALTARYUYAN SAMSUNG, 5 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ, SOYUDUCU LG, ZƏMANƏT + 1 İL XİDMƏTİ, 2 ƏDƏD YASTİQ-TEKSTİL-SG, DÖŞƏK-SARVAGELLİ, PAKRİVAL-LAURA GRAND, YORĞAN-TEKSTİL-SG almış və nəticədə 6332,30 manat borc yaranmışdır. Həmin məhsulları alandən indiyədək 558 manat məbləğində ödəniş etmişdir. Lakin sonradan maddi imkanı olmadığından, götürdüyü məhsulların kreditini hazırki vaxta kimi ödəyə bilməmişdir. Onun hazırda borcunu tam ödəməyə imkanı yoxdur, lakin hissə-hissə ödəyəcəkdir. Cərimə hissəsində borcunun azaldılmasının nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə, ümumilikdə 3962,16 manat dəyərində olan Samsung paltaryuyan, Flora matras, Alyans-Paris tumba, Alyans-Paris çarpayı, Alyans-Paris termo, Alyans-Paris dolab, Alyans-Paris tumba adlı məhsullar satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 160,59 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 08 noyabr 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh Samsung paltaryuyan, Flora matras, Alyans-Paris tumba, Alyans-Paris çarpayı, Alyans-Paris termo, Alyans-Paris dolab, Alyans-Paris tumba adlı məhsulları 08 noyabr 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə, ümumilikdə 560,40 manat dəyərində olan SG tekstil döşək, SG tekstil yorğan, SG tekstil yastıq, GM tekstil pakrival və SG tekstil yastıq adlı məhsullar satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 17,10 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 08 noyabr 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh SG tekstil döşək, SG tekstil yorğan, SG tekstil yastıq, GM tekstil pakrival və SG tekstil yastıq adlı məhsulları 08 noyabr 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli, 04825553 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, ümumilikdə 1792 manat dəyərində olan LG markalı soyuducunu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 99,56 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2024-cü il tarixli, 04825553 saylı müqavilə üzrə 08 noyabr 2024-cü il tarixli bildirişdən və ona edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh LG markalı soyuducunu 20 oktyabr 2024-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilələr üzrə ümumilikdə 6332,30 manat borcu yaranmışdır. İşdə olan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2024-cü il, 20 oktyabr 2024-cü il və 08 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən 5581.04 manat dəyərində ALYANS- DOLAB, ALYANS-TERMO, 2 ƏDƏD ALYANS-TUMBA, ALYANS-CARPAYİ, MATRAS-FLORA, PALTARYUYAN SAMSUNG, 5 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ, SOYUDUCU LG, ZƏMANƏT + 1 İL XİDMƏTİ, 2 ƏDƏD YASTİQ-TEKSTİL-SG, DÖŞƏK-SARVAGELLİ, PAKRİVAL-LAURA GRAND, YORĞAN-TEKSTİL-SG almış və nəticədə 6332,30 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən hesablanmış dəbbənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor cəmiyyətin də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 396,62 manat dəbbə pulunun azaldılaraq 123,21 manat həddində, 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 32,64 manat dəbbə pulunun azaldılaraq 10,88 manat həddində və 20 oktyabr 2024-cü il tarixli, 04825553 saylı müqavilə üzrə hesablanmış 173,41 manat dəbbə pulunun azaldılaraq 57,80 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 3696,16 manat ödənilməmiş hissə, 123,21 manat dəbbə, 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqaviləsi üzrə 326,40 manat ödənilməmiş hissə, 10,88 manat dəbbə və 20 oktyabr 2024-cü il tarixli, 04825553 saylı müqavilə üzrə 1734,08 manat ödənilməmiş hissə, 57,80 manat dəbbə olmaqla, ümumilikdə 5948,53 manat alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 29 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 83,33 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 83,33 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 3696,16 (üç min altı yüz doxsan altı manat on altı qəpik) manat ödənilməmiş hissə, 123,21 (bir yüz iyirmi üç manat iyirmi bir qəpik) manat dəbbə, 08 noyabr 2024-cü il tarixli, ********* saylı müqaviləsi üzrə 326,40 (üç yüz iyirmi altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 10,88 (on manat səksən səkkiz qəpik) manat dəbbə və 20 oktyabr 2024-cü il tarixli, 04825553 saylı müqavilə üzrə 1734,08 (bir min yeddi yüz otuz dörd manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 57,80 (əlli yeddi manat səksən qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5948,53 (beş min doqquz yüz qırx səkkiz manat əlli üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83,33 (səksən üç manat otuz üç) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar