Məhkəmə qərarları › İş №e-2(073)-2844/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2844/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2844/2023 07.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 3764 (üç min yeddi yüz altmış dörd) manat borcun və 57,64 (əlli yeddi manat altmış dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixli, PA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASCdə sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən KİA RİO minik markalı 10LY368 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində Changan CS35 PLUS markalı, 77AF425 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 332.1-ci və 327.1-ci maddəsi ilə TP ******* saylı qərar yazılmışdır. Changan CS35 PLUS markalı, 77AF425 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3764 (üç min yeddi yüz altmış dörd) manat ödənişi verilmişdir. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. İddiaçı cəmiyyət Cavabdeh yaranmış borc tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “KİA RİO” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. İşdə olan CML0420 Sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyat hadisəsi törətməsi nəticəsində Cavabdeh idarə etdiyi KİA RİO minik markalı 10LY368 dövlət qeydiyyat nişamlı avtomobillə 77AF425 dövlət qeydiyyat nişanlı Changan CS35 PLUS markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və 77AF425 dövlət qeydiyyat nişanlı Changan CS35 PLUS markalı avtonəqliyyat vasitəsinə 3764 (üç min yeddi yüz altmış dörd) manat zərər dəymişdir. İşdə olan Bakı şəhəri DYPŞ-in xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyat hadisəsi törətməsi nəticəsində Cavabdeh idarə etdiyi KİA RİO minik markalı 10LY368 dövlət qeydiyyat nişamlı avtomobillə 77AF425 dövlət qeydiyyat nişanlı Changan CS35 PLUS markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və Azərbaycan Respublikası İXM-in Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə nəzərdə tutulan izibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, iddiaçı tərəfindən 3764 (üç min yeddi yüz altmış dörd) manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təmir aktından görünür ki, 77AF425 dövlət qeydiyyat nişanlı Changan CS35 PLUS markalı avtonəqliyyat vasitəsinə 3764 (üç min yeddi yüz altmış dörd) manat məbləğində zərər dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 535123-50802 (10LY368) saylı akta əsasən "xxxx" ASC-yə 3764 manat ödəniş edilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 57,64 (əlli yeddi manat altmış dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 57,64 (əlli yeddi manat altmış dörd qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3764 (üç min yeddi yüz altmış dörd) manat borcun və 57,64 (əlli yeddi manat altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar