Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2860/2025 07.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr **********27-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********27-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bundan başqa, "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərin xx.xx.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 13292.44 manat əsas borc, 19462.77 manat faiz borcu, 4688.32 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2025 -ci il tarixinə ümumi borcu 37443.53 manat təşkil edir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunda yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun, lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş qaydada tələblər irəli sürüləcəyi qeyd edilmişdir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin hazırki vaxta qədər heç bir ödəniş etmədiyini bildirmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********27-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir; - BTB Leasing” ASC, Cavabdeh1 və Cavabdeh2 arasında 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 13292.44 manat, faiz üzrə borcu 19462.77 manat, cərimə borcu üzrə 4688.32 manat, cəmi borc 37443.53 manat təşkil edir; - 20.06.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə X1 rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 202 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan ünvanında yerləşən fərdi yaşayış evini alıcı "xxxx" ASC-yə satmışdır; - Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür; - 12.08.2025-ci tarixli “xitam əmri”ndən görünür ki, BTB Leasing” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli DƏ-762/25 saylı müqaviləyə xitam verilmişdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmış, BTB Leasing” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********27-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, həmçinin "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda cavabdehlər müqavilə üzrə yaranmış öhdəlikləri icra etmir. Bu səbəbdən iddiaçı 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr **********27-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməsinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-və 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdehlər iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özlərinin cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, lizinq obyekti iddiaçıya qaytarılmalı və cavabdehlər mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2025-ci il tarixli DƏ-762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr nömrəsi **********27- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınmalı və mənzil boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2025-ci il tarixli DƏ- 762/25 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr nömrəsi **********27- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınsın və mənzil boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-2860/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2860/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver