Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2916/2024 19.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 27 noyabr 2023-cü il tarixli AZL-1093 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2024-cü il tarixə ödənilməmiş 238.42 manat gecikdirilmiş əsas, 261.72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.91 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia SX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2514.20 manat, ümumilikdə 3337.25 manat borc və ödənilmiş 53.38 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 noyabr 2023-cü il tarixli AZL-1093 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2024-cü il tarixə ödənilməmiş 238.42 manat gecikdirilmiş əsas, 261.72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.91 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia SX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2514.20 manat, ümumilikdə 3337.25 manat borc və ödənilmiş 53.38 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ərizə göndərilərək, iddiaşı ilə cavabdeh arasında razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 53,38 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh 27 noyabr 2023-cü il tarixli AZL-1093 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2024-cü il tarixə ödənilməmiş 238.42 manat gecikdirilmiş əsas, 261.72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.91 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia SX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2514.20 manat, ümumilikdə 3337.25 manat borc və ödənilmiş 53.38 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 53,38 (əlli üç manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2916/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2916/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver