Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2950/2023 25.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1500 manat əsas borcun və 30,40 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1500 manat borcun və 35.40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “DAEWOO” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 7-ci km-ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş və nəticədə X1 ağır xəsarət yetirmiş və hadisə yerindən yayınmışdır. Bakı şəhəri, Binəqədi rayonu Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmünə əsasən “DAEWOO” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR CM-nin 264-cü maddəsinə əsasən nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X2 ağır xəsarət vurulması ilə əlaqədar PME********** saylı siğorta şəhadətnaməsinə və xx.xx.2021-ci il tarixli, İAS210518 nömrəli siğorta ödənişi aktına əsasən X1 dəymiş zərər üzrə 1500 manat məbləğində siğorta ödənişi həyata keçirmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, PME********** saylı sığorta müqaviləsindən görünür ki, “DAEWOO” markalı, ** KN *** markalı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək "xxxx"ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, sığorta ödənişi aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “DAEWOO” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 7-ci km-ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş və nəticədə X1 ağır xəsarət yetirmiş və 1500 manat zərər sığorta ödənişi olaraq ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli dəymiş avtonəqliyyat vasitəsinin qüsur aktından görünür ki, 2001-ci il təvəllüdlü X5 aid aşkar olunmuş xəsarətlər qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün sol hissəsinin basılmış sınığı, hər iki ağciyərin əzilməsi, sol körpücük sümüyünün və sol kürək sümüyünün sınıqları, sol tərəfli İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları, dalağın cırılması, sol tərəfli, gicgah-təpə, hər iki göz orbitasının, alın nahiyyəsinin və burnunun ön səthinin yumşaq toxumaların əzilməsi, və qançırları, sağ qulaq seyvanının əzilmiş cırılmış yarası, sol gözün ağlı qişasına qansızma, yuxarı çənənin ön kəsici dişlərinin, eləcə də yuxarı çənənin soldan 3-4 cü dişlərin travmatik laxlaması bərk-küt əşya təsirindən törənmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ** GD *** dövlət qeydiyyat nişanlı “FAW Bestune T77” markalı avtonəqliyyat vasitəsinə 1500 manat zərər vurmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli, ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X5 1500 manat pul köçürülmüşdür. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat borc və 35.40 (otuz beş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2950/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2950/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver