Məhkəmə qərarları › İş №e-2(073)-2961/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2961/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2961/2023 26.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbi barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 1471 (bir min dörd yüz yetmiş bir) manat əsas borc, 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu, cəmi 1500 (bir min beş yüz) manat borcun və 35 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1876,2 (bir min səkkiz yüz yetmiş altı manat iyirmi qəpik) manat dəyərində bir ədəd Acer A315-57G-76 markalı Notebook almışdır. İlkin olaraq cavabdeh 200 manat ödəniş etmiş və qalan 1676,2 (bir min altı yüz yetmiş altı manat iyirmi qəpik) manat borcunu 12 ay müddətində hər ay 156,35 (bir yüz əlli altı manat otuz beş qəpik) manat olmaqla ödəməyi öz öhdələrinə götürmüşdür. Cavabdeh borcunu ödəməkdən yayınmış, buna görə də iddiaçıya 1471 (bir min dörd yüz yetmiş bir) manat borcu yaranmışdır. Cavabdehlərdən dəfələrlə şifahi və yazılı şəkildə borcunun ödənilməsini tələb etsə də, cavabdehlər ona olan borcunu ödəməkdən yayınmışlardır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 1876,2 (bir min səkkiz yüz yetmiş altı manat iyirmi qəpik) manat dəyərində bir ədəd Acer A315-57G-76 markalı Notebook almışdır. ilkin ödəniş olaraq 200 manat ödəniş edən cavabdeh, qalan 1676,2 (bir min altı yüz yetmiş altı manat iyirmi qəpik) manat borcunu 12 ay müddətində hər ay 156,35 (bir yüz əlli altı manat otuz beş qəpik) manat olmaqla ödəməyi öz öhdələrinə götürmüşdür.. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 1876,2 (bir min səkkiz yüz yetmiş altı manat iyirmi qəpik) manat dəyərində bir ədəd Acer A315- 57G-76 markalı Notebook almışdır. İlkin ödəniş olaraq 200 manat ödəniş edən cavabdeh qalan 1676,2 (bir min altı yüz yetmiş altı manat iyirmi qəpik) manat borcunu 12 ay müddətində hər ay 156,35 (bir yüz əlli altı manat otuz beş qəpik) manat olmaqla ödəməyi öz öhdələrinə götürmüşdür. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 35 (otuz beş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, əşyalarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz beş) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1471 (bir min dörd yüz yetmiş bir) manat əsas borc, 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu, cəmi 1500 (bir min beş yüz) manat borcun və 35 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar