Məhkəmə qərarları › İş №e-2(073)-2985/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2985/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2985/2025 28.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd «QİZİL ZƏMANƏT ULTRA 2 İL» xidməti, «PAKET M» xidməti, «HOFFMANN TV», «SAMSUNG GALAXY M14» markalı telefon üçün 687.80 manat ödənilməmiş hissə, 68.78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «PAKET XL» xidməti, «REALME C61 NFC» markalı telefon üçün 243.08 manat ödənilməmiş hissə, 24.31 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «ZƏMANƏT+3 İL» xidməti, «PAKET L» xidməti, «REALME C61 NFC» markalı telefon üçün 236.80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 23.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «XİAOMİ REDMİ BUDS» 4 qulaqlıq, «XİAOMİ REDMİ 13» markalı telefon üçün 229.58 manat ödənilməmiş hissə 22.96 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PAKET L xidməti, REALME C61 NFC markalı telefon üçün 229.23 manat ödənilməmiş hissə 22.92 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “PAKET XL” xidməti, “XİAOMİ POCO C65” üçün 192.54 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 19.25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “PAKET M” xidməti, “OPPO A38” markalı telefon üçün 184.99 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 18.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “PAKET M” xidməti, “OPPO A18” markalı telefon üçün 155.08 manat ödənilməmiş hissə, 15.51 manat cərimə, ümumilikdə 2445.81 (iki min dörd yüz qırx beş manat səksən bir qəpik) manat borc və 44.46 (qırx dörd manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinəəsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günüərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1238.04 (bir min iki yüz otuz səkkiz manat dörd qəpik) manat olan 2 ədəd «QİZİL ZƏMANƏT ULTRA 2 İL» xidməti, «PAKET M» xidməti, «HOFFMANN TV», «SAMSUNG GALAXY M14» markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 364.86 (üç yüz altmış dörd manat səksən altı qəpik) manat olan «PAKET XL» xidməti, «REALME C61 NFC» markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 377.04 (üç yüz yetmiş yeddi manat dörd qəpik) manat olan «ZƏMANƏT+3 İL» xidməti, «PAKET L» xidməti, «REALME C61 NFC» markalı telefon aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə sasən dəyəri 483.08 (dörd yüz səksən üç manat səkkiz qəpik) manat olan «XİAOMİ REDMİ BUDS» 4 qulaqlıq, «XİAOMİ REDMİ 13» markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 363.14 (üç yüz altmış üç manat on dörd qəpik) manat olan PAKET L xidməti, REALME C61 NFC markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 327.30 (üç yüz iyirmi yeddi manat otuz qəpik) manat olan “PAKET XL” xidməti, “XİAOMİ POCO C65” almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 278.10 (iki yüz yetmiş səkkiz manat on qəpik) manat olan “PAKET M” xidməti, “OPPO A38” markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 394.02 (üç yüz doxsan dörd manat iki qəpik) manat olan “PAKET M” xidməti, “OPPO A18” markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1238.07 manat olan 2 ədəd «QİZİL ZƏMANƏT ULTRA 2 İL» xidməti, «PAKET M» xidməti, «HOFFMANN TV», «SAMSUNG GALAXY M14» markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 364.93 manat olan «PAKET XL» xidməti, «REALME C61 NFC» markalı telefon almış, aldığıəşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 377.04 manat olan «ZƏMANƏT+3 İL» xidməti, «PAKET L» xidməti, «REALME C61 NFC» markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 483.08 (dörd yüz səksən üç manat səkkiz qəpik ) manat olan «XİAOMİ REDMİ BUDS» 4 qulaqlıq, «XİAOMİ REDMİ 13» markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 363.19 manat olan “PAKET L” xidməti, “REALME C61 NFC” markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 327.30 manat olan “PAKET XL” xidməti, “XİAOMİ POCO C65” almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh"xxxx" MMC-dən dəyəri 278.10 manat olan “PAKET M” xidməti, “OPPO A38” markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh"xxxx" MMC-dən dəyəri 394.02 manat olan “PAKET M” xidməti, “OPPO A18” markalı telefon almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın"xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd «QİZİL ZƏMANƏT ULTRA 2 İL» xidməti, «PAKET M» xidməti, «HOFFMANN TV», «SAMSUNG GALAXY M14» markalı telefon üçün 687.80 manat ödənilməmiş hissə, 68.78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «PAKET XL» xidməti, «REALME C61 NFC» markalı telefon üçün 243.08 manat ödənilməmiş hissə, 24.31 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «ZƏMANƏT+3 İL» xidməti, «PAKET L» xidməti, «REALME C61 NFC» markalı telefon üçün 236.80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 23.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «XİAOMİ REDMİ BUDS» 4 qulaqlıq, «XİAOMİ REDMİ 13» markalı telefon üçün 229.58 manat ödənilməmiş hissə 22.96 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PAKET L xidməti, REALME C61 NFC markalı telefon üçün 229.23 manat ödənilməmiş hissə 22.92 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “PAKET XL” xidməti, “XİAOMİ POCO C65” üçün 192.54 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 19.25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “PAKET M” xidməti, “OPPO A38” markalı telefon üçün 184.99 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 18.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “PAKET M” xidməti, “OPPO A18” markalı telefon üçün 155.08 manat ödənilməmiş hissə, 15.51 manat cərimə, ümumilikdə 2445.81 (iki min dörd yüz qırx beş manat səksən bir qəpik) manat təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 44.46 (qırx dörd manat qırx altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdətutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görəəşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşüzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 687.80 manat ödənilməmiş hissə, 68.78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 243.08 manat ödənilməmiş hissə, 24.31 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 236.80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 23.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 229.58 manat ödənilməmiş hissə, 22.96 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 229.23 manat ödənilməmiş hissə 22.92 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 192.54 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 19.25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 184.99 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 18.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 155.08 manat ödənilməmiş hissə, 15.51 manat cərimə, ümumilikdə 2445.81 (iki min dörd yüz qırx beş manat səksən bir qəpik) manat borc və 44.46 (qırx dörd manat qırx altı qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMCnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar