Məhkəmə qərarları › İş №e-2(073)-3108/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3108/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3108/2025 13.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin Hüseynağa oğluna qarşı borcun ödənilməsi barədə iddia verərək, İddiaçı MMC ilə cavabdehlər Cavabdehn və Zaminn arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 00498911 saylı Nisyə Alqı-satqı Müqaviləsi üzrə 1961 manat əsas borc, 196 manat faiz borcu, ümumilikdə 2157 (iki min bir yüz əlli yeddi) manat borcun və 39.61 (otuz doqquz manat altmış bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanmış 00498911 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehlər 4500 manat dəyərində olan malı nisyə almış, borcunu ödəməyi öz öhdələrinə götürmüşdür. Cavabdehlər müqavilə şərtlərinə riayət etməyərək alqı-satqı müqaviləsinin şərtlərini pozaraq pulu ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən imtina etmişdirlər. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış **********4 saylı xx.xx.2024-cü tarixli “Nisyə satış üçün beh müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı MMC–dən 4525 manat dəyərində olan malı nisyə almış, 100 manat beh vermiş, 25 manat ona endirim edilmiş, qalıq 4400 manat borcunu hissə-hissə ödəməyi, iddiaçı isə müqavilə predmeti olan malları xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan “Quraşdırma anketi”, “Boşaltma anketi”, “Malların anbardan çıxış sənədi” və “Malların çatıdırılması” sənədindən görünür ki, müqavilə predmeti olan mallar cavabdehlərə təhvil verilmişdir. İşdə olan kassa mədaxil orderlərinin surətlərindən görünür ki, Cavabdeh 2024-cü il ərzində müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla müqavilə üzrə ödənişləri qismən icra etmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçıya olan borcu 1961 manat əsas borc, 196 manat faiz borcu olmaqla ümumilikdə 2157 manat təşkil edir. İşdə olan bildirişdən görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi Cavabdeh tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 39.21 (otuz doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında beh müqaviləsi bağlanmış olsa da, aralarındakı faktiki münasibət nisyə alğı-satqı münasibətləri olmuşdur. Beh müqaviləsində göstərilən mallar alıcı olan Cavabdeh təhvil verilmiş, habelə cavabdeh malların dəyərinin müəyyən hissəsini ödəmişdir ki, bununla da tərəflər arasında nisyə alğı-satqı münasibətləri baş tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri nisyə alğı-satqı müqaviləsindən yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, habelə hesab edir ki, iddiaçının digər cavabdeh Zamin münasibətdə iddiası əsassızdır. Belə ki, iddia ərizəsində cavabdehlər birgə alıcılar olmaqla birgə borclu kimi göstərilsə də alğı-satqı müqaviləsi alıcı kimi yalnız cavabdeh X1 ilə bağlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın cavabdeh Zamin münasibətdə hüquqi əsası yoxdur. Malların cavabdehə təhvil verilməsini təsdiqləyən sənədlər Zamin tərəfindən imzalansa da və mallar onun tərəfindən təhvil alınsa da belə, bu hal onun da ödəniş üçün cavabdehlik daşıması mənasına gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1961 manat əsas borc, 196 manat faiz borcu, ümumilikdə 2157 (iki min bir yüz əlli yeddi) manat borc, 39.21 (otuz doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət xidmət haqqı tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia digər cavabdeh Zamin münasibətdə əsassız oldğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar