Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-322/2024 08.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 10743438 saylı müqaviləyə əsasən, İMEİ KOD **********61462 XİAOMİ REDMİ NOTE 11 marklı telefon üçün 757,04 (yeddi yüz əlli yeddi manat dörd qəpik) manat əsas borc, 75,96 (yetmiş beş manat doxsan altı qəpik) manat cərimə, cəmi 833 (səkkiz yüz otuz üç) manat borcun, xx.xx.2022-ci il tarixli, 03783223 saylı müqaviləyə əsasən, ÜZ QİRXAN PANASONİC üçün 151.02 (bir yüz əlli bir manat iki qəpik) manat əsas borc, 15.98 (on beş manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 167 (bir yüz altmış yeddi) manat borcun və xx.xx.2022-ci il tarixli, 14482285 saylı müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 7 QULAQLİQ, FEN HOFFMANN üçün 131.14 (bir yüz otuz bir manat on dörd qəpik) manat əsas borc,13.86 (on üç manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 145 (bir yüz qırx beş) manat borcun, ümumilikdə 1039.20 (bir min otuz doqquz manat iyirmi qəpik) manat əsas borcun, 105.80 (bir yüz beş manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 1145 (bir min bir yüz qırx beş) manat borcun və 31.45 (otuz bir manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə, 10743438 saylı müqaviləyə əsasən PALTARYUYAN TOSHİBA almış, aldığı əşyanın dəyərini 18 ay ərzində, hər ay 46.18 (qırx altı manat on səkkiz qəpik) manat olmaqla, 831.24 (səkkiz yüz otuz bir manat iyirmi dörd qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 74.20 (yetmiş dörd manat iyirmi qəpik) manat ödəniş etmiş, öhdəliklərini lazımi qaydada icra etməmiş və 757.04 (yeddi yüz əlli yeddi manat dörd qəpik) manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, 03783223 saylı müqaviləyə əsasən, ÜZ QİRXAN PANASONİC almış, aldığı əşyanın dəyərini 18 ay ərzində, hər ay 8.89 (səkkiz manat qəksən doqquz qəpik) manat olmaqla, 160.02 (bir yüz altmış manat iki qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 9 (doqquz) manat ödəniş etmiş, öhdəliklərini lazımi qaydada icra etməmiş və 151.02 (bir yüz əlli bir manat iki qəpik) manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, 14482285 saylı müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 7 QULAQLİQ, FEN HOFFMANN almış, aldığı əşyanın dəyərini 18 ay ərzində, hər ay 7.73 (yeddi manat yetmiş üç qəpik) manat olmaqla, 139.14 (bir yüz otuz doqquz manat on dörd qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 8 (səkkiz) manat ödəniş etmiş, öhdəliklərini lazımi qaydada icra etməmiş və 131.14 (bir yüz otuz bir manat on dörd qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə yaranmış borcu ödəməyi öhdəsinə götürmüş, həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı 1039.20 (bir min otuz doqquz manat iyirmi qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 10742172 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən,İMEİ KOD **********61462 XİAOMİ REDMİ NOTE 11 marklı telefon üçün 757,04 (yeddi yüz əlli yeddi manat dörd qəpik) manat əsas borc, 75,96 (yetmiş beş manat doxsan altı qəpik) manat cərimə, cəmi 833 (səkkiz yüz otuz üç) manat borcun, xx.xx.2022-ci il tarixli müqviləyə əsasən,ÜZ QİRXAN PANASONİC üçün 151.02 (bir yüz əlli bir manat iki qəpik) manat əsas borc, 15.98 (on beş manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 167 (bir yüz altmış yeddi) manat borcun və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 7 QULAQLİQ, FEN HOFFMANN üçün 131.14 (bir yüz otuz bir manat on dörd qəpik) manat əsas borc, 13.86 (on üç manat səksən altı qəpik) manat cərimə, cəmi 145 (bir yüz qırx beş) manat borcun, ümumilikdə 1145 (bir min bir yüz qırx beş) manat borc və 31.45 (otuz bir manat qırx beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31.45 (otuz bir manat qırx beş qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən,İMEİ KOD **********61462 XİAOMİ REDMİ NOTE 11 marklı telefon üçün 757,04 (yeddi yüz əlli yeddi manat dörd qəpik) manat əsas borc, 75,96 (yetmiş beş manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 833 (səkkiz yüz otuz üç) manat borcun, xx.xx.2022-ci il tarixli müqviləyə əsasən,ÜZ QİRXAN PANASONİC üçün 151.02 (bir yüz əlli bir manat iki qəpik) manat əsas borcun,15.98 (on beş manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 167 (bir yüz altmış yeddi) manat borcun və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 7 QULAQLİQ, FEN HOFFMANN üçün 131.14 (bir yüz otuz bir manat on dörd qəpik) manat əsas borcun,13.86 (on üç manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 145 (bir yüz qırx beş) manat borcun, ümumilikdə 1145 (bir min bir yüz qırx beş) manat borc və 31.45 (otuz bir manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-322/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-322/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver