Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-326/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG 25W CHARGER, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********20594 SAMSUNG GALAXY A24 markalı telefon üçün 540.30 (beş yüz qırx manat otuz qəpik) manat əsas borc, 54.70 (əlli dörd manat yetmiş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********83180 SAMSUNG GALAXY A24 markalı telefon üçün 288,24 (iki yüz səksən səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 28.76 (iyirmi səkkiz manat yetmiş altı qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********10225 TECNO SPARK 9 PRO markalı telefon üçün 31.38 (otuz bir manat otuz səkkiz qəpik) manat əsas borc, 3.62 (üç manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 947 (doqquz yüz qırx yeddi) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 18 ay ərzində hər ay 49.61 (qırx doqquz manat altmış bir qəpik) manat ödəmək şərtilə SAMSUNG 25W CHARGER, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********20594 SAMSUNG GALAXY A24 markalı telefon verilmişdir. Bundan əlavə olaraq xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 12 ay ərzində hər ay 39.92 (otuz doqquz manat doxsan iki qəpik) manat ödəmək şərtilə İMEİ KODU **********83180 SAMSUNG GALAXY A24 markalı telefon verilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 18 ay ərzində hər ay 29.39 (iyirmi doqquz manat otuz doqquz qəpik) manat ödəmək şərtilə İMEİ KODU **********10225 TECNO SPARK 9 PRO markalı telefon verilmiş və cavabdeh aldığı əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günədək ümumi borcundan 1076.12 (bir min yetmiş altı manat on iki qəpik) manat ödəmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2023, xx.xx.2024 və xx.xx.2023-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefonla əlaqə saxlanılaraq, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 03455810 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 892.98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat dəyərində SAMSUNG 25W CHARGER, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********20594 SAMSUNG GALAXY A24 markalı telefon almış, aldığı əşyaların dəyərini 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 03676259 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 514.04 (beş yüz on dörd manat dörd qəpik) manat dəyərində İMEİ KODU **********83180 SAMSUNG GALAXY A24 markalı telefon almış, aldığı əşyanın dəyərini 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 08921079 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 529.02 (beş yüz iyirmi doqquz manat iki qəpik) manat dəyərində İMEİ KODU **********10225 TECNO SPARK 9 PRO markalı telefon almış, aldığı əşyaların dəyərini 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG 25W CHARGER, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********20594 SAMSUNG GALAXY A24 markalı telefon üçün 540.30 (beş yüz qırx manat otuz qəpik) manat əsas borc, 54.70 (əlli dörd manat yetmiş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********83180 SAMSUNG GALAXY A24 markalı telefon üçün 288,24 (iki yüz səksən səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 28.76 (iyirmi səkkiz manat yetmiş altı qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********10225 TECNO SPARK 9 PRO markalı telefon üçün 31.38 (otuz bir manat otuz səkkiz qəpik) manat əsas borc, 3.62 (üç manat altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 947 (doqquz yüz qırx yeddi) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-326/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-326/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver