Məhkəmə qərarları › İş №e-2(073)-3271/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3271/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3271/2024 23.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əsas borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı 1995 manat əsas borcun və 40 manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 iyun 2021-ci il tarixdə YYK5969187 saylı, 12 oktyabr 2021-ci il tarixdə YYK5969863 saylı, 15 fevral 2022ci il tarixdə YYK6188549 saylı və 24 aprel 2022-ci il tarixdə YYK6188922 saylı müqavilələr imzalanmışdır. İddiaçı 12 oktyabr 2021-ci il tarixdə YYK5969863 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 35 manat ödəmək şərti ilə, 18 ay müddətinə, hər ay 71 manat ödəməklə ümumi qiyməti 1313 manat dəyərində, 12 oktyabr 2021-ci il tarixdə YYK5969863 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 103 manat ödəmək şərti ilə, 18 ay müddətinə, hər ay 134 manat ödəməklə ümumi qiyməti 2515 manat dəyərində, 15 fevral 2022-ci il tarixdə YYK6188549 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 27 manat ödəmək şərti ilə, 18 ay müddətinə, hər ay 44 manat ödəməklə ümumi qiyməti 819 manat dəyərində və 24 aprel 2022-ci il tarixdə YYK6188922 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə, hər ay 49 manat ödəməklə ümumi qiyməti 882 manat dəyərində, üumimikdə 5529 manat məbləğində məişət avadanlığı satmışdır. Lakin, cavabdehə müqavilələr üzrə 3534 manat ödəniş etmiş, 1995 manat borcunu ödəməkdən yayınmışdır. Ona görə də cavabdehdən həmən məbləğin, habelə 40 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixdə YYK5969863 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 1313 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 71 manat ödəməklə, cəmi 1313 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixdə YYK5969863 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 819 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 44 manat ödəməklə, cəmi 819 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 15 fevral 2022-ci il tarixdə YYK6188549 saylı saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 819 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 44 manat ödəməklə, cəmi 819 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 24 aprel 2022-ci il tarixdə YYK6188922 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 882 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 49 manat ödəməklə, cəmi 882 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə ümumilikdə ödənilməmiş 1995 manat borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12 iyun 2021-ci il tarixdə YYK5969187 saylı müqavilə üzrə 288 manat əsas borcun, 12 oktyabr 2021-ci il tarixdə YYK5969863 müqavilə üzrə 899 manat əsas borcun, 15 fevral 2022-ci il tarixdə YYK6188549 müqavilə üzrə 426 manat əsas borcun və 24 aprel 2022-ci il tarixdə YYK6188922 müqavilə üzrə 382 manat əsas borcun, ümumilikdə cəmi 1995 (bir min doqquz yüz doxsan beş) manat əsas borcun və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı İddiaçı MMC–yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar