Məhkəmə qərarları › İş №e-2(073)-3314/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3314/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3314/2025 10.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 2400.61 manat əsas borcun və 44.01 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 2182.37 manat əsas borcun, 218.24 manat cərimə borcun, ümumilikdə 2400.61 manat borcun və 44.01 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünürki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 05991916 saylı, xx.xx.2024-cü il tarixli, 03468411 saylı və xx.xx.2024-cü il tarixli, 03746336 saylı müqavilələr imzalanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli, 05991916 saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə hər ay 132.60 manat ödəməklə, ümumi qiyməti 3182.40 manat dəyərində məişət avadanlığı, xx.xx.2024-cü il tarixli, ********.37 saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə hər ay 10.49 manat ödəmələ, ümumi qiyməti 251.76 manat dəyərində məişət avadanlığı və xx.xx.2023-cü il tarixli, 16783157 saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə hər ay 9 manat ödəməklə, ümumi qiyməti 216 manat dəyərində məişət avadanlığı satmışdır. Lakin, cavabdeh hər üç müqavilə üzrə borcundan 1467.79 manat ödəniş etməmiş, 2182.37 manat borcunu ödəməkdən yayınmışdır. Ona görədə cavabdehdən həmən məbləğin, habelə 44.01 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirki, iddia tələbi təmin olunmalıdır. İşdəolan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05991916 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə qiyməti 3182.40 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 132.60 manat ödəməklə, cəmi 3182.40 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdəolan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 16785566 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə qiyməti 251.76 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 10.49 manat ödəməklə, cəmi 251.76 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdəolan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 16652330 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə qiyməti 216 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 9 manat ödəməklə, cəmi 216 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdəolan "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə arayışınsdan görünürki, Cavabdeh müqavilə üzrə ödəniş etməmiş, ümumilikdə 2182.37 manat əsas borcun, 218.24 manat cərimə borcun, ümumilikdə 2400.61 manat borcu qalmışdır. İşdəolan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünürki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.01 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququvardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 442.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edirki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.01 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cımaddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2182.37 manat əsas borcun, 218.24 manat cərimə borcun, ümumilikdə 2400.61 manat borcun və 44.01 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı "xxxx" MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:ElxanƏmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar