Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-334/2024 19.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı "xxxx"ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx"ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1995.75 (bir min doqquz yüz doxsan beş manat yetmiş beş qəpik) manat pul vəsaitinin və 40 (qırx) manat dövlət rüsumunun iddiaçı "xxxx"ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs Cəlilabad Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, RAZ********** nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən X2 məxsus Cəlilabad rayonu Sabirabad kəndində yerləşən qeyri-yaşayış obyektinə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində yerləşən qeyri-yaşayış obyekti Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəsdən yandırılması nəticəsində qeyri-yaşayış obyektinə qismən zərər dəymişdir. Cəlilabad rayon Polis Şöbəsinin İB-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Qərarlarında, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4959-9/5178 nömrəli ekspert rəyində hadisə öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 1995.75 (min doqquz yüz doxsan beş manat yetmiş beş qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 1995.75 (min doqquz yüz doxsan beş manat yetmiş beş qəpik) manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Cəmiyyət tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 936.5, 936.2, 1108.1, 1114.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 448.4 və 1128-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən fərdi yşayış evi və 0.16 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 Cəlilabad rayonu Sabirabad kəndi ünvanında yerləşən və onun mülkiyyətində olan torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş sahəsi 30 kv.m olan kommersiya obyekti vardgr. (obyekt qeyri-yaєaygö sahəsidir, ayrgca tikilidir, yardgmzg sahəsi yoxdur, bir mərtəbəlidir, 1 otaqdan və 1 zaldan ibarətdir, zardaq və zirzəmi deyildir.) İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən təqsirləndirilən єəxslər Əliyev Dadaє Glqar orlu və Cavabdeh1 Azərbaycan Respublikasg Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (ğz) il mğddətə azadlgqdan məhrumetmə cəzasgna məhkum edilmişlər və onlara təyin edilmiş cəza Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sgnaq mğddəti təyin edilərək şərti tətbiq edilmişdir. Gödə olan Azərbaycan Respublikasg ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiє məhkəmə kompleks yanrgn texniki, tikinti texniki və əmtəəєğnaslgq ekspertizasgngn 10 iyul 2023-cğ il tarixli, 10/4959-9/5178 saylg ekspert rəyinin surətindən gürğnğr ki, Cəlilabad rayonu, Sabirabad kəndində yerləєən X4 orluna məxsus ərzaq marazasgnda baє vermiє yanrgngn mənbəyi, marazangn giriє hissəsində, düєəmə səviyyəsində olmuєdur. Qərargn təsviri hissəsində güstərilmiє hadisənin baє vermə єəraitini nəzərə aldgqda belə nəticəyə gəlmək olar ki, yanrgn, istintaq tərəfindən mğəyyən edildiyi kimi, yəni neft məhsullargndan odlama vasitəsi kimi istifadə edilərək kənardan gətirilmiє algödgrgcg mənbənin təsirindən baє vermiєdir. Rəyin tədqiqat hissəsində güstərilənlərə əsasən, yanrgn nəticəsində Cəlilabad rayonu, Sabirabad kəndində yerləєən X4 orluna məxsus ərzaq marazasgna tikinti ğzrə dəymiє maddi ziyan 2300 manat təєkil edir. İşdə olan xx.xx.2023-cğ il tarixli dəymiє ziyan məblərinin razglaєdgrglmasg barədə saziєdən görünür ki, X4 orluna məxsus Cəlilabad rayonu Sabirabad kəndində yerləєən qeyri-yaєaygö obyektinə qəsdən yandgrglma nəticəsində 2180 manat zərər dəymiєdir. Gşdə olan xx.xx.2023-cğ il tarixli dəymiє zərərin ilkin hesabatından görünür ki, X4 orluna məxsus Cəlilabad rayonu Sabirabad kəndində yerlləєən ərzaq marazasgna cəmi 2180 manat zərər dəymiєdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx"ASC tərəfindən X2 1715/23 saylı akta əsasən 1995.75 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı Cəmiyyət cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindn görünür ki, iddiaçı Cəmiyyət tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 40 (qırx) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, RAZ********** nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən X2 məxsus Cəlilabad rayonu Sabirabad kəndində yerləşən qeyri-yaşayış obyektinə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində yerləşən qeyri-yaşayış obyekti Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəsdən yandırılması nəticəsində qeyri-yaşayış obyektinə qismən zərər dəymişdir. Vurulmuş zərərə görə iddiaçı cəmiyyət tərəfindən X2 1995.75 (min doqquz yüz doxsan beş manat yetmiş beş qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Tələb edilməsinə baxmayaraq cavabdehlər həmin məbləği iddiaçı cəmiyyətə ödəməkdən yayınmışlar. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin eilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1995.75 (bir min doqquz yüz doxsan beş manat yetmiş beş qəpik) manat sığorta ödənişinin əvəzi və 40 (qırx) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx"ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(073)-334/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-334/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver