Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-352/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh Hüseyn oğluna qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh Hüseyn oğluna qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh Hüseyn oğlundan xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG CHARGER, İMEİ KODU **********27866, SAMSUHG GALAXY TAB A7LİTE markalı planşet, İMEİ KODU **********56320 SAMSUNG GALAXY S23 markalı telefon üçün 2042.22 (iki min qırx iki manat iyirmi iki qəpik) manat əsas borc, 204.78 (iki yüz dörd manat yetmiş səkkiz qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən JBL WAVE BEAM qulaqlıq, İMEİ KODU **********80845 SAMSUNG GALAXY S23 markalı telefon üçün 656.26 (altı yüz əlli altı manat iyirmi altı qəpik) manat əsas borc, 65.74 (altmış beş manat yetmiş dörd qəpik) manat cərimə olmaqla, cəmi 2969 (iki min doqquz yüz altmış doqquz) manat borcun və 49.69 (qırx doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh Hüseyn oğluna xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 18 ay ərzində hər ay 161.98 (bir yüz altmış bir manat doxsan səkkiz qəpik) manat ödəmək şərtilə SAMSUNG CHARGER, İMEİ KODU **********27866, SAMSUHG GALAXY TAB A7LİTE markalı planşet, İMEİ KODU **********56320 SAMSUNG GALAXY S23 markalı telefon verilmişdir. Bundan əlavə olaraq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 18 ay ərzində hər ay 56.69 (əlli altı manat altmış doqquz qəpik) manat ödəmək şərtilə JBL WAVE BEAM qulaqlıq, İMEİ KODU **********80845 SAMSUNG GALAXY S23 markalı telefon verilmiş və cavabdeh aldığı əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günədək ümumi borcundan 1441.58 (bir min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat ödəmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2023 və xx.xx.2023-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefonla əlaqə saxlanılaraq, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 02625620 saylı müqavilədən görünür ki, Cavabdeh Hüseyn oğlu "xxxx" MMC-dən 2915.57 (iki min doqquz yüz on beş manat əlli yeddi qəpik) manat dəyərində SAMSUNG CHARGER, İMEİ KODU **********27866, SAMSUHG GALAXY TAB A7LİTE markalı planşet, İMEİ KODU **********56320 SAMSUNG GALAXY S23 markalı telefon almış, aldığı əşyaların dəyərini 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 15964622 saylı müqavilədən görünür ki, Cavabdeh Hüseyn oğlu "xxxx" MMC-dən 1224.41 (bir min iki yüz iyirmi dörd manat qırx bir qəpik) manat dəyərində JBL WAVE BEAM qulaqlıq, İMEİ KODU **********80845 SAMSUNG GALAXY S23 markalı telefon almış, aldığı əşyaların dəyərini 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 49.69 (qırx doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49.69 (qırx doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Hüseyn oğlundan xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG CHARGER, İMEİ KODU **********27866, SAMSUHG GALAXY TAB A7LİTE markalı planşet, İMEİ KODU **********56320 SAMSUNG GALAXY S23 markalı telefon üçün 2042.22 (iki min qırx iki manat iyirmi iki qəpik) manat əsas borc, 204.78 (iki yüz dörd manat yetmiş səkkiz qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən JBL WAVE BEAM qulaqlıq, İMEİ KODU **********80845 SAMSUNG GALAXY S23 markalı telefon üçün 656.26 (altı yüz əlli altı manat iyirmi altı qəpik) manat əsas borc, 65.74 (altmış beş manat yetmiş dörd qəpik) manat cərimə olmaqla, cəmi 2969 (iki min doqquz yüz altmış doqquz) manat borcun və 49.69 (qırx doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-352/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-352/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver