Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-353/2025 04.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən NAQİLSİZ TOZSORAN GORENJE üçün 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən RADİATOR HOFFMANN üçün 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən NAQİLSİZ TOZSORAN GORENJE üçün 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən RADİATOR HOFFMANN üçün 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Borclu Cavabdeh iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3443/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet, NAQİLSİZ TOZSORAN GORENJE, RADİATORHOFFMANN almış və nəticədə 642 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 363.06 manat (18 ay x 20.17 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün ümumilikdə 287 manat olmaqla, ondan 260.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.08 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 359.92 manat (18 ay x 19.94 manat + 1 manat ilkin ödəniş) NAQİLSİZ TOZSORAN GORENJE üçün ümumilikdə, 262 manat olmaqla ondan 238.11 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.89 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 171 manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) RADİATOR HOFFMANN üçün ümumilikdə 93 manat olmaqla, ondan 84.63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.37 manat cərimə; Cəmi ödədiyi məbləğ 310.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığında, həmçinin göndərilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən NAQİLSİZ TOZSORAN GORENJE üçün 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən RADİATOR HOFFMANN üçün 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərk ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə X1 filialından Hoffman Elektirik qızdırıcını 1 il qızıl zəmanət ilə almış, lakin 3 ay ərzində həmin qızdırıcını X2 filialına geri qaytararaq qızıl zəmanətdən yararlanaraq digər məhsul almaq istəmiş, lakin digər məhsula ilkin ödəniş tələb olunduğundan əldə edə bilməmişdir. Əcəmi filialinda Hoffman qızdırıcını ondan təhfil alan əməkdaşlar daha sonrada qızıl zəmanətdən yararlana biləcəyini ona bildirmişlər. Bir müddət keçəndən sonra o, həmin filiala yaxınlaşıb adına rəsmiləşən məhsul haqda məlumat alarkən, filialın müdiri ona bildirmiş ki, “məhsulu başqa birinə satmışıq, əcəb edib-yaxşı etmişik, sən ödənməyən pulu, borcunu da ödəyəcəksən”. O, bununla bağlı Kontakt-Home qaynar xətti olan *6060* qaynar xəttinə şikayyət etmişdir. X3 dəfələrlə etdiyi müraciətlərə, şikayətlərinə tutarlı cavab verməmiş və hər dəfəsində “inzibatçılarımız sizə geri dönüş edib problemin həlli istiqamətində kömək ediləcək” bildirsələr də, heç bir zəng və kömək olunmamışdır. O, kreditlə götürdüyü məhsulların ödənişlərini qrafik üzrə ödəmişdir. Kontakt Home onun adına rəsmiləşdirilən məhsulu başqa bir adama satmişdır. Onun etirazı əsassız hesablanmış faizlərə və onun adına rəsmiləşdirilmiş məhsulu başqa bir adama satmasıdır. Odur ki, əsassız hesablanmış faizləri və Hoffman qızdırıcının ödənişini nəzərə almadan qərardad çıxarilmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər məhsulların əsas borclarını ödəməkdən imtina etmir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 170,94 manat dəyərində olan “RADİATOR HOFFMANN OH9111” markalı məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 9,5 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli bildirişdən və ona edilmiş təhvil-təslim aktından görünür ki, cavabdeh “RADİATOR HOFFMANN OH9111” markalı məhsulu xx.xx.2022-ci il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 359.98 manat dəyərində olan “NAQİLSİZ TOZSORAN GORENJE” markalı məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 19.94 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli bildirişdən və ona edilmiş təhvil-təslim aktından görünür ki, cavabdeh “NAQİLSİZ TOZSORAN GORENJE” markalı məhsulu xx.xx.2023-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13903054 saylı müqavilədən və ona edilmiş əlavədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 363,06 manat dəyərində olan “İMEİ KODU **********16626 BLACKVİEW TAB 7” markalı planşet məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 20,17 manat ödəmək üçün öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13903054 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli bildirişdən və ona edilmiş təhvil-təslim aktından görünür ki, cavabdeh “İMEİ KODU **********16626 BLACKVİEW TAB 7” markalı planşet məhsulu xx.xx.2023-cü il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 noyabr 2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə 84,63 manat ödənilməmiş hissə və 8,37 manat cərimə, xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilə üzrə 238.11 manat ödənilməmiş hissə, 23.89 manat cərimə, xx.xx.2023-cü il tarixli, 13903054 saylı müqavilə üzrə 260.92 manat ödənilməmiş hissə, 26.08 manat cərimə olmaqla, ümumilikdə 642 manat borcu yaranmışdır. İşdə olan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçı təşkilatdan İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet, NAQİLSİZ TOZSORAN GORENJE və RADİATORHOFFMANN almış və nəticədə 642 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 363.06 manat (18 ay x 20.17 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün ümumilikdə 287 manat olmaqla, ondan 260.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.08 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 359.98 manat (18 ay x 19.94 manat + 1 manat ilkin ödəniş) NAQİLSİZ TOZSORAN GORENJE üçün ümumilikdə 262 manat olmaqla, ondan 238.11 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.89 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 170,94 manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) RADİATOR HOFFMANN üçün ümumilikdə 93 manat olmaqla, ondan 84.63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.37 manat cərimə; Cəmi ödədiyi məbləğ 310.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığında, həmçinin göndərilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə 642 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddianın cərimə pulu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə 84,63 manat ödənilməmiş hissə və 8,37 manat cərimə, xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilə üzrə 238,11 manat ödənilməmiş hissə və 23,89 manat cərimə, xx.xx.2023-cü il tarixli, 13903054 saylı müqavilə üzrə 260,92 manat ödənilməmiş hissə və 26,08 manat cərimə olmaqla, ümumilikdə 642 manat alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilə üzrə 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 13903054 saylı müqavilə üzrə 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 642 (altı yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-353/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-353/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver