Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3672/2025 12.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənil məsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdiril miş icraat qaydasında Cəlil abad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********50993 SAMSUNG GALAXY A15 SAMSUNG CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 510.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 51.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNG, TENCERE SETİ üçün 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən İmei kod **********68072 VİVO Y53S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün 433.05 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 43.31 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, ƏT ÇƏKƏN GORENJE üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, ƏTÇƏKƏN KENWOOD, ŞİRƏ ÇƏKƏN HOFFMANN üçün 252.9 manat ödənilməmiş hissə, 25.29 manat cərimə, ümumilikdə 2045.10 manat borc, 40.46 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bil diriş göndəril mişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 612.9 manat olan İmei kod **********50993 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 439.92 manat olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNG, TENCERE SETİ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 679.96 manat olan İmei kod **********68072 VİVO Y53S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 180 manat olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, ƏT ÇƏKƏN GORENJE almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən dəyəri 267.9 manat olan 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, ƏTÇƏKƏN KENWOOD, ŞİRƏ ÇƏKƏN HOFFMANN almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavil ələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxaril masını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 612.9 manat olan İmei kod **********50993 SAMSUNG GALAXYA15, SAMSUNG CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 439.92 manat olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNG, TENCERE SETİ almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 679.96 manat olan İmei kod **********68072 VİVO Y53S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 180 manat olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, ƏT ÇƏKƏN GORENJE almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 267.9 manat olan 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, ƏTÇƏKƏN KENWOOD, ŞİRƏ ÇƏKƏN HOFFMANN almış, aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 510.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 51.04 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 433.05 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 43.31 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 180 manat ödənilməmiş hissə,18 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 252.9 manat ödənilməmiş hissə, 25.29 manat cərimə, ümumilikdə 2045.10 (iki min qırx beş manat on qəpik) manat təşkl edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənil məsi cavabdehdən tələb edil miş, əks təqdirdə məhkəməyə müraciət edil əcəyi barədə xəbərdarlıq edil mişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 40.46 (qırx manat qırx altı qəpik) dövlət rüsumu ödənil mişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqavil əsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdiril miş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqavil əsində əşyanın alıcıya veril dikdən müəyyən müddət sonra ödənil məsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavil ədə nəzərdə tutulan müddətdə, müqavil ədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdiril miş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqavil əsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı veril miş əşyanın ödənil məsini və ya ödənil məmiş malın qaytaril masını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavil əyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənil məlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçiril mədən və tərəflər izahatları dinlənil mək üçün çağıril madan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edil məsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldıril ması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 510.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 51.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 433.05 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 43.31 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 180 manat ödənilməmiş hissə, 18 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 252.9 manat ödənilməmiş hissə, 25.29 manat cərimə, ümumilikdə 2045.10 (iki min qırx beş manat on qəpik) manat borc və 40.46 (qırx manat qırx altı qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradil an elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3672/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3672/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver