Məhkəmə qərarları › İş №e-2(073)-3923/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3923/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3923/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 470.69 manat əsas borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı 416.98 manat əsas borcun, 53.71 manat cərimə borcun, ümumilikdə 470.69 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünürki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GEHH095 saylı və xx.xx.2024-cü il tarixli, GEHH222 saylı müqavilələr imzalanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli, GEHH095 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 16.34 manat ödəməklə, ümumi qiyməti 294.12 manat dəyərində məişət avadanlığı və xx.xx.2024-cü il tarixli, GEHH222 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 11.80 manat ödəməklə, ümumi qiyməti 212.40 manat dəyərində məişət avadanlığı satmışdır. Lakin, cavabdeh hər iki müqavilə üzrə borcundan 114.05 ödəniş etmiş, 416.98 manat borcunu ödəməkdən yayınmışdır. Ona görədə cavabdehdən həmən məbləğin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEHH095 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 14 ay müddətinə qiyməti 1280 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 75 manat ödəməklə, cəmi 1280 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEHH222 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 11 ay müddətinə qiyməti 1431.98 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 107 manat ödəməklə, cəmi 1431.98 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünürki, Cavabdeh müqavilə üzrə ödəniş etməmiş, ümumilikdə 235.98 manat əsas borcun, 47.19 manat cərimə borcun, ümumilikdə 427.19 manat borcu qalmışdır. İşdə olan İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünürki, Cavabdeh müqavilə üzrə ödəniş etməmiş, ümumilikdə 32.61 manat əsas borcun, 6.52 manat cərimə borcun, ümumilikdə 43.50 manat borcu qalmışdır. İşdə olan İddiaçı MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünürki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Hökümət portalında AsanPay vasitəsil ilə ödənilmiş ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququvardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 442.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edirki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cımaddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 416.98 manat əsas borcun, 53.71 manat cərimə borcun, ümumilikdə 470.69 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı İddiaçı MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:ElxanƏmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar