Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3924/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada qarşı əsas borcun və 43.36 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qarşı 2336 manat əsas borcun, 233 manat faiz borcu olmaqla, cəmi 2569 manat borcun və 43.36 manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə, RFH003757 saylı müqavilə imzalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə, RFH003757 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə, hər ay 246 manat, sonuncu ay isə 239 manat ödəmək şərtilə, ümumi qiyməti 4421 manat dəyərində olan məişət avadanlıqları satmışdır. Lakin, cavabdehə müqavilə üzrə 2085 manat ödəniş etmiş, 2336 manat borcunu ödəməkdən yayınmışdır. Ona görə də cavabdehdən həmən məbləğin, habelə 43.36 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə, RFH003757 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 4421 manat dəyərində olan məişət avadanlıqları cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 246 manat ödəməklə, cəmi 4421 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə, RFH003757 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixdə, RFH003757 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə ümumilikdə ödənilməmiş 2336 manat borcu qalmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Hökümət ödəniş portalında və ASANPay vasitəsil ilə ödənilmiş ********** saylı qəbz nömrəsindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 43.36 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2336 manat əsas borcun, 233 manat faiz borcu olmaqla, cəmi 2569 manat borcun və 43.36 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı İddiaçı MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3924/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3924/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver