Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-420/2024 01.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə yaranmış 147.8 (bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 22.1 (iyirmi iki manat on qəpik) manat cərimə, cəmi 169.9 (bir yüz altmış doqquz manat doxsan qəpik) manat borc və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 61.7 (altmış bir manat yetmiş qəpik) manat əsas borc, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə, cəmi 70.9 (yetmiş manat doxsan qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 209.5 (iki yüz doqquz manat əlli qəpik) manat əsas, 31.3 (otuz bir manat otuz qəpik) manat cərimə, 240.8 (iki yüz qırx manat səksən qəpik) manat cəmi borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 358.38 (üç yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat dəyərində “Samsung” markalı telefon və saç feni, almış və aldığı əşyaların dəyərini 12 ay müddətinə hər ay 30 (otuz) manat, sonuncu ay da 28,38 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixində 90 (doxsan) manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 147.8 (bir yüz qırx yeddi manat səksən qəpik) manat borcu qaytarmamış və nəticədə yaranmış 147.8 (bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas borc, 22.1 (iyirmi iki manat on qəpik) manat cərimə, cəmi 169.9 (bir yüz altmış doqquz manat doxsan qəpik) manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 268.79 (iki yüz altmış səkkiz manat yetmiş doqquz qəpik) manat dəyərində “Samsung” markalı telefon, almış və aldığı əşyaların dəyərini 12 ay müddətinə hər ay 23 (iyirmi üç) manat, sonuncu ay da 15,79 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixində 23 (iyirmi üç) manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 61.7 (altmış bir manat yetmiş qəpik) manat borcu qaytarmamış və nəticədə yaranmış 61.7 (altmış bir manat yetmiş qəpik) manat əsas borc, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə, cəmi 70.9 (yetmiş manat doxsan qəpik) manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianı təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 358,38 manat dəyərində “Samsung” markalı mobil telefon və saç feni almış və aldığı əşyaların dəyərini 12 ay müddətinə hər ay 30 manat, sonuncu ay da 90 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 268,79 manat dəyərində “Samsung” markalı mobil telefon almış və aldığı əşyanın dəyərini 12 ay müddətinə hər ay 23 manat, sonuncu ay da 23 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 147.8 (bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 22.1 (iyirmi iki manat on qəpik) manat cərimə, cəmi 169.9 (bir yüz altmış doqquz manat doxsan qəpik) manat borc və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 61.7 (altmış bir manat yetmiş qəpik) manat əsas borc, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə, cəmi 70.9 (yetmiş manat doxsan qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 209.5 (iki yüz doqquz manat əlli qəpik) manat əsas, 31.3 (otuz bir manat otuz qəpik) manat cərimə, 240.8 (iki yüz qırx manat səksən qəpik) manat cəmi borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-420/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-420/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver