Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-537/2024 21.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı 1250 manat məbləğində vurulmuş zərər və 32.50 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Xalq Siğorta” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1250 manat borcun və 32.50 manat dövlət rüsumunun tutularaq iddiaçı «Xalq Siğorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Xalq Siğorta”ASC tərəfindən **-FY-*** dövlət qeydiyyat nişanlı “VAZ 21144” markalı avtonəqliyyat vasitəsi sığortalanmış və xx.xx.2020ci il tarixli, PXA ********** nömrəli siğorta müqaviləsi bağlanmışdır. xx.xx.2021--ci il tarixdə etibarnamə olmadan idarə etdiyi **-FY-*** dövlət qeydiyyat nişanlı “VAZ 21144” markalı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində idarəetməni ititrərək X1 məxsus əmlaka ziyan vurmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan PXA ********** saylı sığorta müqaviləsindən görünür ki, **-FY-*** dövlət qeydiyyat nişanlı “VAZ 21144” markalı avtomobil "xxxx"ASC tərəfindən sığortalanmışdır. İşdə olan Siğorta Aktından görünür ki, hadisə törədilməsi nəticəsində Cavabdeh məxsus **-FY-*** dövlət qeydiyyat nişanlı “VAZ 21144” markalı avtonəqliyyat Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində idarəetməni ititrərək X1 məxsus əmlaka ziyan vürmuş və 1250 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan 17 iyun 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardadn görünür ki, Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan 17 iyul 2021-ci il tarixli, 0712-03/21 saylı “Qiymətlədirmə” aktından görünür ki, ümumlikdə hadisə zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində idarəetməni ititrərək X1 məxsus əmlaka 1250 manat məblğində ziyan dəymişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 32.50 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 44.50 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.50 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat borcun və 32.50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq «Xalq Siğorta” ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev İş № 2-(073)-463/2023 İcra vərəqəsi Cəlilabad rayon məhkəməsi 24 fevral 2023-cü il İddiaçı «Xalq Siğorta” ASC-nin Cavabdeh qarşı 2450 manat borcun və 44.50 manat dövlət rüsumunun tutularaq iddiaçı «Xalq Siğorta” ASC-nin hesabına ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2450 manat borc və 44.50 (otuz) manat dövlət rüsumu tutularaq «Xalq Siğorta” ASC-nin hesabına ödənilsin. (qərarın nəticəvi hissəsini dəqiq göstərməli) «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurunun öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərinin yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı,ünvanı, bankda hesablaşma hesabının №-si Cavabdeh-xx.xx.1991- Cəlilabad rayonu, Məmmədrzalı kəndi Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si «Xalq Siğorta” ASC –Bakı şəhəri, İnşaatçılar pr-ti 22 L İcra vərəqəsi “___” _________ 2023-cü il tarixdə verilmişdir. Hakim: Elxan Əmirəliyev AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad şəhəri, Telefon: 025-24-5-20-10 H.Əliyev prospekti 286 Faks 025-24-5-34-37 «___» ___________2023-cü il № 2-(073)-463/2023 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab İsmayıl Abazəliyevə Cəlilabad rayon məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-(073)-463/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi 01 vərəqədə Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-537/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-537/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver