Məhkəmə qərarları › İş №e-2(073)-655/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-655/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-655/2025 24.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia qaldıraraq cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “NAQİLSİZ TOZSORAN SENCOR SVC” üçün 403.02 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “TERMOS BERGNER VACUUM” 2 ədəd, “PALTARQURUDAN MAGNA AURORA”, “HUAWEİ FREEBUDS 5i NEBULA” qulaqlıq üçün 378 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “MANİKÜR VƏ PEDİKÜR DƏSTİ BEURER”, “DİRNAQ QURUDUCUSU BEURER” üçün 291.60 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “SAMSUNG GALAXY TAB A9” markalı planşet üçün 234.40 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “APPLE 20W USB-C ADAPTER” üçün 60 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 1777.13 manat borc və 37.78 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 403.02 manat olan “NAQİLSİZ TOZSORAN SENCOR SVC” almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 378 manat olan “TERMOS BERGNER VACUUM” 2 ədəd, “PALTARQURUDAN MAGNA AURORA”, “HUAWEİ FREEBUDS 5i NEBULA” qulaqlıq almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 291.60 manat olan “MANİKÜR VƏ PEDİKÜR DƏSTİ BEURER”, “DİRNAQ QURUDUCUSU BEURER” almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 420.46 manat olan “SAMSUNG GALAXY TAB A9” markalı planşet almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 60 manat olan “APPLE 20W USB-C ADAPTER” almış və aldığı əşyaların dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 403.02 manat olan “NAQİLSİZ TOZSORAN SENCOR SVC” almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 378 manat olan “TERMOS BERGNER VACUUM” 2 ədəd, “PALTARQURUDAN MAGNA AURORA”, “HUAWEİ FREEBUDS 5i NEBULA» qulaqlıq almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 291.60 manat olan «MANİKÜR VƏ PEDİKÜR DƏSTİ BEURER, “DİRNAQ QURUDUCUSU BEURER» almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 420.46 manat olan «SAMSUNG GALAXY TAB A9” markalı planşet almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 60 manat olan «APPLE 20W USB-C ADAPTER” almış və aldığı əşyaların dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 403.02 manat ödənilməmiş hissə, 120.91 manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən 378 manat ödənilməmiş hissə, 113.4 manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən 291.6 manat ödənilməmiş hissə, 87.48 manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən 234.4 manat ödənilməmiş hissə, 70.32 manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən 60 manat ödənilməmiş hissə, 18 manat cərimə, ümumilikdə 1777.13 (bir min yeddi yüz yetmiş yeddi manat on üç qəpik) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 37.78 (otuz yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37.78 (otuz yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 403.02 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 378 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 291.60 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 234.40 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən üçün 60 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 1777.13 (min yeddi yüz yetmiş yeddi manat 13 qəpik) manat borc və 37.78 (otuz yeddi manat 78 qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar