Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-842/2025 12.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 3297.13 manat əsas borcun və 52.98 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 2518.10 manat əsas borcun, innovativ Layihələr Mərkəzi rüsumu 23.60 manat, 755.43 manat cərimə borcun, ümumilikdə 3297.13 manat borcun və 52.98 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünürki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 05076493 saylı, xx.xx.2024-cü il tarixli, 03456872 saylı, xx.xx.2024-cü il tarixli, 09483497 saylı və xx.xx.2023-cü il tarixli, 13685428 saylı müqavilələr imzalanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli, 05076493 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 40 manat ödəməklə, ümumi qiyməti 750 manat dəyərində məişət avadanlığı, xx.xx.2024-cü il tarixli, 03456872 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə hər ay 38.84 manat ödəməklə, ümumi qiyməti 699.12 manat dəyərində məişət avadanlığı, xx.xx.2024-cü il tarixli, 09483497 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 33.94 manat ödəmələ, ümumi qiyməti 660.92 manat dəyərində məişət avadanlığı, xx.xx.2023-cü il tarixli, 13685428 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə hər ay 38.34 manat ödəmələ, ümumi qiyməti 690.12 manat dəyərində məişət avadanlığı, xx.xx.2023-cü il tarixli, 05076494 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 42.45 manat ödəmələ, ümumi qiyməti 467 manat dəyərində məişət avadanlığı və xx.xx.2023-cü il tarixli, 03456878 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə hər ay 29.92 manat ödəmələ, ümumi qiyməti 374.04 manat dəyərində məişət avadanlığı satmışdır. Lakin, cavabdeh müqavilə üzrə borcundan 953.20 manat ödəniş etmə, 2518.10 manat borcunu ödəməkdən yayınmışdır. Ona görədə cavabdehdən həmən məbləğin, habelə 52.98 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirki, iddia tələbi təmin olunmalıdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05076493 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 750 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 40 manat ödəməklə, cəmi 750 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03456872 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 699.12 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 38.84 manat ödəməklə, cəmi 699.12 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09483497 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 660.92 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 33.94 manat ödəməklə, cəmi 660.92 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13685428 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 690.12 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 38.34 manat ödəməklə, cəmi 690.12 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05076494 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 764.10 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 42.45 manat ödəməklə, cəmi 764.10 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03456878 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə qiyməti 374.04 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 29.92 manat ödəməklə, cəmi 374.04 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ödəniş cədvəlindən görünürki, Cavabdeh müqavilə üzrə ödəniş etməmiş, ümumilikdə 2518.10 manat əsas borcun, innovativ Layihələr Mərkəzi rüsumu 23.60 manat, 755.43 manat cərimə borcun, ümumilikdə 3297.13 manat borcu qalmışdır. İşdəolan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünürki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 52.98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 5.6cı bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.1 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 755.43 manatdan azaldılaraq 200 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 52.98 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2518.10 manat əsas borcun, innovativ Layihələr Mərkəzi rüsumu 23.60 manat, 200 manat cərimə borcun, ümumilikdə 2741.70 manat borcun və 52.98 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı "xxxx" MMC–yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-842/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-842/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver