Məhkəmə qərarları › İş №e-2(073)-912/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-912/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-912/2024 25.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı «X3 Kompleksi» MMC-nin Cavabdeh qarşı əsas borca görə 28713,09 manat, hesablanmış cərimə borcuna görə 5742,61 manat və ödənilmiş dövlət rüsumuna görə 193,37 manat olmaqla, cəmi 34649,07 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb «X3 Kompleksi» MMC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X3 Kompleksi» MMC cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 28713,09 manat, hesablanmış cərimə borcuna görə 5742,61 manat və ödənilmiş dövlət rüsumuna görə 193,37 manat olmaqla, cəmi 34649,07 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb «X3 Kompleksi» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxış iclası 25 iyun 2024-cü il tarixə saat 09:15-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı «X3 Kompleksi» MMC-nin Cavabdeh qarşı əsas borca görə 28713,09 manat, hesablanmış cərimə borcuna görə 5742,61 manat və ödənilmiş dövlət rüsumuna görə 193,37 manat olmaqla, cəmi 34649,07 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb «X3 Kompleksi» MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar