Məhkəmə qərarları › İş №e-2(073)-918/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-918/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-918/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 468 (dörd yüz altmış səkkiz) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, iş üzrə hər hansı əlavə sübut və vəsatətlərinin olmadığını bildirərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən əsasən dəyəri 444 manat olan məişət avadanlığı almış və borcunu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüqdür. Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməsi tələb edilsə də, cavabdeh öhdəliklərini icra etməmişdir. Buna görə iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, QQK6165095 saylı borc müqaviləsindən və həmin gün tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 444 manat olan mobil telefon almış, 12 manat ilkin ödəniş etmiş və qalıq borcunu hər ay 24 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə xx.xx.2022ci il tarixli, QQK6165095 saylı borc müqaviləsinə əsasən qalıq borcu 468 manat təşkil edir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən dəyəri 444 manat olan məişət avadanlığı almış, 12 manat ilkin ödəniş etmiş və qalıq borcunu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 432 manat borcu yaranmışdır. Cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməsi tələb edilsə də, cavabdeh öhdəliklərini icra etməmişdir. Buna görə iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlansa da aralarında faktiki olaraq nisyə alğı-satqı münasibətləri mövcud olmuşdur ki, buna görə də mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin nisyə alğı-satqı müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, tələbdə göstərilən məbləğdə pul borcunu təsdiq edən sənədlərdə natamamlıqlar vardır. Belə ki, təqdim edilmiş sənədlərdə (müqavilə, maliyyə arayışı) müqavilə dəyəri 444 manat göstərilsə də, müqavilə üzrə əsas borc qalığı 468 manat göstərilmişdir, halbuki əsas borc məbləğinin sonradan artırılması ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 432 manat əsas borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 432 (dörd yüz otuz iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar