Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-959/2025 12.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Tokya-gənc-Carpayı, Pandora-Qonaq-Bench, Marvin-Gənc-Dolab, 3 ədəd Matras, Loft Gold-Gənc-Tumba, 2 ədəd Tokyo-gənc-Tumba, Loft Gold-gənc Carpayı üçün 2605.80 (iki min altı yüz beş manat səksən qəpik) manat əsas borc, 781.74 (yeddi yüz səksən bir manat yetmiş dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Yataq Örtüsü-Tekstil, 7 ədəd Nevresim Takım-Tekstil, 4 ədəd Pika Takimi-Tekstil, Battaniye-Tekstil üçün 748.90 (yeddi yüz qırx səkkiz manat doxsan qəpik) manat əsas borc, 224.67 (iki yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Soyuducu Beko üçün 278.80 (iki yüz yetmiş səkkiz manat səksən qəpik) manat əsas borc, 83.64 (səksən üç manat altmış dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4723.55 (dörd min yeddi yüz iyirmi üç manat əlli beş qəpik) manat borc və 67.24 (altmış yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 24 ay ərzində hər ay 158.99 (bir yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat ödəmək şərtilə 2 ədəd Tokya-gənc-Carpayı, Pandora-Qonaq-Bench, Marvin-Gənc-Dolab, 3 ədəd Matras, Loft Gold-Gənc-Tumba, 2 ədəd Tokyo-gənc-Tumba, Loft Gold-gənc Çarpayı; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin 385.19 manat və 6 ay ərzində hər ay 124.81 (bir yüz iyirmi dörd manat səksən bir qəpik) manat ödəmək şərtilə Yataq Örtüsü-Tekstil, 7 ədəd Nevresim Takım-Tekstil, 4 ədəd Pika Takimi-Tekstil, Battaniye-Tekstil; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ilkin 285 manat və 18 ay ərzində hər ay 70 (yetmiş) manat ödəmək şərti ilə Soyuducu Beko verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günədək ümumi borcundan 2863.11 manat ödəmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023, xx.xx.2024 və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefonla əlaqə saxlanılaraq, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 3815.76 (üç min səkkiz yüz on beş manat yetmiş altı qəpik) manat dəyərində 2 ədəd Tokya-gənc-Carpayı, Pandora-Qonaq-Bench, Marvin-Gənc-Dolab, 3 ədəd Matras, Loft Gold-Gənc-Tumba, 2 ədəd Tokyo-gənc-Tumba, Loft Gold-gənc Carpayı almış, aldığı əşyanın dəyərini 24 ay ərzində hər ay 158.99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən 1546.80 (bir min beş yüz qırx altı manat səksən qəpik) manat dəyərində Soyuducu Bekonu ilkin 285 manat ödəmək şərtilə almış, aldığı əşyanın dəyərini 18 ay ərzində hər ay 70.1 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən ilkin 385.19 manat ödəməklə 1134.05 manat dəyərində olan Yataq Örtüsü-Tekstil, 7 ədəd Nevresim Takım-Tekstil, 4 ədəd Pika Takimi-Tekstil, Battaniye-Tekstil almış, aldığı əşyaların dəyərini 6 ay ərzində hər ay 124.81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 67.24 (altmış yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 67.24 (altmış yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Tokya-gənc-Carpayı, Pandora-Qonaq-Bench, Marvin-Gənc-Dolab, 3 ədəd Matras, Loft Gold-Gənc-Tumba, 2 ədəd Tokyo-gənc-Tumba, Loft Gold-gənc Carpayı üçün 2605.80 (iki min altı yüz beş manat səksən qəpik) manat əsas borc, 781.74 (yeddi yüz səksən bir manat yetmiş dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Yataq Örtüsü-Tekstil, 7 ədəd Nevresim Takım-Tekstil, 4 ədəd Pika Takimi-Tekstil, Battaniye-Tekstil üçün 748.90 (yeddi yüz qırx səkkiz manat doxsan qəpik) manat əsas borc, 224.67 (iki yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Soyuducu Beko üçün 278.80 (iki yüz yetmiş səkkiz manat səksən qəpik) manat əsas borc, 83.64 (səksən üç manat altmış dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4723.55 (dörd min yeddi yüz iyirmi üç manat əlli beş qəpik) manat borc və 67.24 (altmış yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-959/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-959/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver