Məhkəmə qərarları › İş №e-2(073)-967/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-967/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-967/2025 12.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in cavabdeh X2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı borcun ödənilməsi barədə iddia verərək, X1 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********82993 OPPO A18 markalı telefon, HD GLASS OPPO ekran qoruyucu üçün 297.4 manat ödənilməmiş hissə, 148.7 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən KİESLECT KS 2MİDNİGHT qol saatı üçün 169 manat ödənilməmiş hissə, 84.5 manat cərimə olmaqla ümumilikdə 699.60 (altı yüz doxsan doqquz manat 60 qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********82993 OPPO A18 markalı telefon, HD GLASS OPPO ekran qoruyucu, KİESLECT KS2 MİDNİGHT qol saatı almış və nəticədə 699,6 (altı yüz doxsan doqquz manat, 60 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 488.6 (dörd yüz səksən səkkiz manat, 60 qəpik) manat (12 ay x 33.05 manat + 92 manat ilkin ödəniş) olan İmei kod **********82993 OPPO A18 markalı telefon, HD GLASS OPPO ekran qoruyucu üçün ümumilikdə, 446.1 (dörd yüz qırx altı manat, 1.0 qəpik) manat olmaqla ondan, 297.4 (iki yüz doxsan yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 148.7 (yüz qırx səkkiz manat, 70 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 178 (yüz yetmiş səkkiz) manat (5 ay x 33.8 manat + 9 manat ilkin ödəniş) olan KİESLECT KS2 MİDNİGHT qol saatı üçün ümumilikdə 253,5 (iki yüz əlli üç manat, 50 qəpik) manat olmaqla ondan, 169 (yüz altmış doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 84.5 (səksən dörd manat, 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 12088379 saylı müqavilədən görünür ki, cavabdeh X3 "xxxx" MMC-dən ilkin ödəniş 92 manat və 12 ay ərzində hər ay 33.05 (otuz üç manat 05 qəpik) manat ödəmək şərti ilə İMEİ kod **********82993 OPPO A18 markalı telefon, HD GLASS OPPO ekran qoruyucu almış, aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavədə ödənişlərdə gecikmələr aşkar edildikdə, müştərinin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz peniya ödəməsi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* saylı müqavilədən görünür ki, cavabdeh X3 "xxxx" MMC-dən ilkin ödəniş 9 manat və 5 ay ərzində hər ay 33.08 (otuz üç manat 08 qəpik) manat ödəmək şərti ilə KİESLECT KS 2MİDNİGHT qol saatı almış, aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavədə ödənişlərdə gecikmələr aşkar edildikdə, müştərinin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz peniya ödəməsi qeyd edilmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********82993 OPPO A18 markalı telefon, HD GLASS OPPO ekran qoruyucu üçün 297.4 manat ödənilməmiş hissə, 148.7 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən KİESLECT KS 2MİDNİGHT qol saatı üçün 169 manat ödənilməmiş hissə, 84.5 manat cərimə olmaqla, ümumilikdə 699.60 (altı yüz doxsan doqquz manat 60 qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar