Məhkəmə qərarları › İş №e-2(073)-975/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-975/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-975/2025 19.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 4347.51 manat əsas borcun və 63.48 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 2898.34 manat əsas borcun, 1449.17 manat cərimə borcun, ümumilikdə 4347.51 manat borcun və 63.48 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünürki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 05021279 saylı, xx.xx.2024-cü il tarixli, 02984942 saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, 09801070 saylı müqavilələr imzalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli, 05021279 saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 233.78 manat ödəməklə, ümumi qiyməti 4208.04 manat dəyərində məişət avadanlığı, xx.xx.2024-cü il tarixli, 02984942 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə hər ay 122 manat ödəməklə, ümumi qiyməti 1464 manat dəyərində məişət avadanlığı, xx.xx.2023-cü il tarixli, ******* saylı müqaviləyə uyğun olaraq cavabdehə 18 ay müddətinə hər ay 95.83 manat ödəmələ, ümumi qiyməti 1724.94 manat dəyərində məişət avadanlığı, xx.xx.2023-cü il tarixli, 09801070 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə hər ay 30.50 manat ödəmələ, ümumi qiyməti 366 manat dəyərində məişət avadanlığı,, satmışdır. Lakin, cavabdeh müqavilə üzrə borcundan 4864.64 manat ödəniş etmə, 2898.34 manat borcunu ödəməkdən yayınmışdır. Ona görədə cavabdehdən həmən məbləğin, habelə 63.48 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirki, iddia tələbi təmin olunmalıdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05021279 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 4208.04 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 233.78 manat ödəməklə, cəmi 4208.04 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02984942 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə qiyməti 1464 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 122 manat ödəməklə, cəmi 1464 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə qiyməti 1724.94 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 95.83 manat ödəməklə, cəmi 1724.94 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09801070 saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə qiyməti 366 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 30.50 manat ödəməklə, cəmi 366 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ödəniş cədvəlindən görünürki, Cavabdeh müqavilə üzrə ödəniş etməmiş, ümumilikdə 2898.34 manat əsas borcun, 1449.17 manat cərimə borcun, ümumilikdə 4347.51 manat borcu qalmışdır. İşdəolan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünürki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 63.48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 5.6cı bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.1 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 1449.17 manatdan azaldılaraq 200 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 63.48 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2898.34 manat əsas borcun, 200 manat cərimə borcun, ümumilikdə 3098.34 manat borcun və 63.48 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı "xxxx" MMC–yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar