Məhkəmə qərarları › İş №e-2(074)-1022/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1022/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1022/2023 06.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəsinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün 1101.92 manat ödənilməmiş hissə, 110.08 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq üçün 85.51 manat ödənilməmiş hissə, 8.49 manat cərimə olmaqla, ümumilikdə 1306 manat borcun və 33.06 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq almış və nəticədə 1306 (bir min üç yüz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1267.92 (bir min iki yüz altmış yeddi manat doxsan iki qəpik) manat (12 ay x 105.66 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAüFç ün ümumilikdə, 1212 (bir min iki yüz on iki) manat olmaqla ondan, 1101.92 (bir min yüz bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 110.08 (yüz on manat səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484.92 (dörd yüz səksən dörd manat doxsan iki qəpik) manat (12 ay x 40.41 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq üçün ümumilikdə, 94 (doxsan dörd) manat olmaqla ondan, 85.51 (səksən beş manat əlli bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.49 (səkkiz manat qırx doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 565.41 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq almışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün, 1101.92 manat ödənilməmiş hissə, 110.08 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq üçün, 85.51 manat ödənilməmiş hissə, 8.49 manat cərimə, ümumilikdə 1306 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə "xxxx" MMC tərəfindən mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq almış və nəticədə 1306 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1267.92 manat (12 ay x 105.66 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********43563 SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün ümumilikdə 1212 manat olmaqla ondan, 1101.92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 110.08 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484.92 manat (12 ay x 40.41 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq üçün ümumilikdə 94 manat olmaqla ondan, 85.51 manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.49 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 565.41 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün, 1101.92 manat ödənilməmiş hissə, 110.08 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq üçün, 85.51 manat ödənilməmiş hissə, 8.49 manat cərimə, ümumilikdə 1306 manat borc, ödənilmiş 33.06 manat dövlət rüsumu alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh SAMSUNG GALAXY A52 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün, 1101.92 manat ödənilməmiş hissə, 110.08 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39546 SAMSUNG GALAXY A12 markalı telefon, HEADSET qulaqlıq üçün, 85.51 manat ödənilməmiş hissə, 8.49 manat cərimə, ümumilikdə 1306 (bir min üç yüz altı) manat borc və ödənilmiş 33.06 (otuz üç manat altı qəpik) manat dövlət rüsumu alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar