Məhkəmə qərarları › İş №e-2(074)-1112/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1112/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1112/2023 24.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon üçün 36.61 manat ödənilməmiş hissə, 3.39 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 45.4 manat ödənilməmiş hissə, 4,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********18765 TCL 20B markalı telefon üçün 230.85 manat ödənilməmiş hissə, 23.15 manat cərimə; ümumilikdə 344 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon , AİWA qulaqlıq, İMEİ KOD **********18765 TCL 20B markalı telefon almış və nəticədə 344 (üç yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 799.38 (yeddi yüz doxsan doqquz manat otuz səkkiz qəpik ) manat (18 ay x 44.41 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon ü çün ümumilikdə, 40 (qırx ) manat olmaqla ondan, 36.61 (otuz altı manat altmış bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.39 (üç manat otuz doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 108.96 (yüz səkkiz manat doxsan altı qəpik) manat (12 ay x 9.08 manat + 0 manat ilkin ödəniş) AİWA qulaqlıq üçün ümumilikdə, 50 (əlli) manat olmaqla ondan, 45.4 (qırx beş manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.6 (dörd manat altmış qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 554.04 (beş yüz əlli dörd manat dörd qəpik) manat (12 ay x 46.17 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********18765 TCL 20B markalı telefon üçün ümumilikdə, 254 (iki yüz əlli dörd) manat olmaqla ondan, 230.85 (iki yüz otuz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.15 (iyirmi üç manat on beş qəpik) manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA)dan imtina etmiş və məhsul 739.46 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 23.31 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 739.46 manat, ümumilikdə, 762.77 manat təşkil edir. Digər müqavilələr üzrə ödədiyi cəmi məbləğ 386.75 manat təşkil edir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon, AİWA qulaqlıq, İMEİ KOD **********18765 TCL 20B markalı telefon almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon 36.61 (otuz altı manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 3.39 (üç manat otuz doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 45.4 (qırx beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 4,6 (dörd manat altmış qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********18765 TCL 20B markalı telefon üçün 230.85 (iki yüz otuz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 23.15 (iyirmi üç manat on beş qəpik) manat cərimə; ümumilikdə, 344 manat borc yaranmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon, AİWA qulaqlıq, İMEİ KOD **********18765 TCL 20B markalı telefon almışdır. Kredit öhdəliklərinə əməl olunmadığından xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********45448 XİAOMİ REDMİ 10 markalı telefon 36.61 (otuz altı manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 3.39 (üç manat otuz doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 45.4 (qırx beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 4,6 (dörd manat altmış qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********18765 TCL 20B markalı telefon üçün 230.85 (iki yüz otuz manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 23.15 (iyirmi üç manat on beş qəpik) manat cərimə; ümumilikdə, 344 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 344 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumilikdə 344 (üç yüz qırx dörd) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar